
Ərzaqlar
- 800 q qiymə (mal, qoyun)
- 100 q düyü
- 6 ortaboy soğan
- 2 yumurta
- 500 q ağ kələm
Hazırlanması
- Düyünü suda ala-çiy bişirin, soyudun.
- 3 baş soğanı xırda doğrayın, qalan üçünü isə blenderdə püre halına salın.
- Kələmi doğrayın. Bütün inqredientləri – qiyməni, soğanı, yumurtanı, kələmi və düyünü qarışdırın.
- Duz, təzə üyüdülmüş istiot əlavə edin.
- Alınan kütlədən uzunsov kotletlər tutun, siniyə düzün.
- Kotletləri hazırlayarkən əlcək geyinsəniz, yaxşı olar, çünki qarışıq ələ yapışan alınır.
- Əgər əlcək yoxdursa, əllərinizi soyuq suda isladın.
- 180 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin.
- Hazır olmağa 5 dəqiqə qalmış sobadan çıxarıb üzərinə sürtgəcdən keçirilmiş parmezan pendiri səpə bilərsiniz.
- Bu tənbəl dolma üçün linkdəki sousdan istifadə edə bilərsiniz.
Haqqında: soba dolması sevilən dolmalardan birindir. Nuş olsun!
Sobada Dolma
Hiç yorum yok:
Yorum Gönder