
Ərzaqlar
- 1/2 kq buğda yarması
- 4-5 sap göy soğan
- 2-3 xörək qaşığı tomat pastası
- 2-3 xörək qaşığı zeytun yağı
- Cəfəri
- Nanə
- Duz
- Qara istiot
Hazırlanması
- Buğda yarmasını bir qaba qoyub üzərini örtəcək qədər qaynar su da qaynadın.
- Suyu çəkilən kimi tomat pastası əlavə edin.
- Cəfəri, nanə, göy soğan, istiot, duz və zeytun yağı əlavə edin və qarışdırın.
- Digər tərəfdə quzuqulağının damarlı hissələrini bıçaqla sıyırıb böyüklüyünə görə 2 və ya 3 hissəyə bölün.
- Yaxşıca yaxaladıqdan sonra böyük bir qazanda duzlu su qaynadın.
- Quzuqulağını qaynayan suyun içinə atıb tərs üzünə çevirin və tez çıxardın. (Çox saxlamayın, yarpaqlar incə olduğundan çox saxladıqda dağılır.)
- Daha sonra quzuqulağını parlaq tərəfi içəridə qalacaq şəkildə içini doldurun və yarpaq dolmasını bükdüyünüz kimi bükün.
- Qazana düzün. Üzərinə tomat pastalı su, zeytun yağı və az miqdarda duz səpib 10-15 dəqiqə bişirin.
- Soyuyandan sonra böyük boşqaba qoyun, sarımsaqlı qatıq ilə süfrəyə verin.
Haqqında: quzuqulağı dolması sevilən dolmalardan birindir. Nuş olsun!
Quzuqulağı Dolması
Hiç yorum yok:
Yorum Gönder