http://metbexdenxeberler.com/wp-content/uploads/2015/02/Qatıqlı-Keks.jpg
Ərzaqlar
- 500 ml qatıq
- 200 q un
- 4 yumurta
- 1 ç.q. qabartma tozu
İç üçün:
- 1 dəstə göy soğan
- 100 q bərk pendir
- 1 bişmiş yumurta
Hazırlanması
- İçin hazırlanamsı: Pendiri sürtgəcdən keçirin, yaxud xırda doğrayın, xırda doğranmış göy soğan və kubik doğranmış bişmiş yumurta ilə qarışdırın. İç hazırdır.
- Qeyd: Güclü dadı olan pendir seçin, ətirli və bir qədər duzlu olsun, məsələn, Oltermani, Qauda, Tilziter, yaxud Edam. Xəmirin hazırlanması:
- Unu qatıqla qarışdırın. Yumurtaları, duz-istiot, 1 çay qaşığı da şəkər tozu əlavə edin.
- Qabartma tozunu ən sonda əlavə edin, qarışdırın. Xəmir duru alınmalıdır. Sinini yağlayın.
- Xəmirin yarısını içinə tökün. İçi döşəyin.
- Xəmirin qalanını üzərinə töküb 180 dərəcə qızdırılmış sobaya qoyun.
- Bişirdikdən dərhal sonra sobadan çıxarmayın. Bir qədər soyumasını gözləyin.
Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, qatıqlı keksiniz yumşaq olacaq. Nuş olsun!
Qatıqlı Keks
Hiç yorum yok:
Yorum Gönder