
Ərzaqlar
- 500 q göbələk
- 100 q holland pendiri
- 50 q basdırma (bu, sırf türk basdırmasıdır, bəyəndiyiniz kolbasa növü ilə əvəz edə bilərsiniz)
- 1 dəstə cəfəri
- 2 x.q. kərə yağı
- duz
- istiot
Hazırlanması
- Göbələklərin ayaqlarını çıxarın.
- Düzbucaqlı siniyə göbələkləri tərsinə (papaq tərəfi aşağı) düzün. İçinə duz və istiot səpin.
- Pendiri və basdırmanı kubik şəklində doğrayın.
- Cəfərini də doğrayıb əlavə edin, qarışdırın.
- Bu qarışığı göbələklərin içinə doldurun. Kərə yağını əridib göbələklərin üstünə gəzdirin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin.
Haqqında: basdırmalı göbələk dolması sevilən dolmalardan birindir. Türk mətbəxinə aiddir. Nuş olsun!
Basdırmalı Göbələk Dolması
Hiç yorum yok:
Yorum Gönder