
Ərzaqlar
- 1-1,5 kq qiymə
- 500 q quyruq
- soğan
- duz
- istiot
- nanə
- reyhan
- keşniş toxumu
- qara istiot
- üyüdülmüş zirə
- iç piyi – bükmək üçün
Hazırlanması
- Əti bıçaqla xırdalayın – qiymə halına düşənədək. Quyruğu və soğanı da xırdalayın.
- Ədviyyatı zövqünüzə görə seçin, məsələn, nanə, reyhan, keşniş toxumu, qara istiot və zirə ilə dadlı olur.
- Qiyməni qarışdırın, amma lülə-kababdakı kimi çox yox.
- İç piyini (pərdə) masanın üstünə sərin.
- Üstünə tənək yarpaqları düzün. Bir tərəfindən qiyməni qoyub rulet kimi bükün.
- Ruletləri qida plyonkasına bükün.
- Çalışın, hamar alınsın, plyonkanın uclarını düyün.
- Hazır ruletləri təxminən 0 dərəcə Selsiyədək soyudun.
- Bıçaqla kəsilməli olanda 2-3 sm enində doğrayın, şişə taxın.
- Yaxşı donubsa, içinin qiyməsi tökülməməlidir.
- Manqalda bişirin. Süfrəyə sarımsaqlı qatıq və təzə göyərti ilə verin.
Haqqında: manqal dolması sevilən dolmalardan birindir.
Manqalda Dolma
Hiç yorum yok:
Yorum Gönder