http://metbexdenxeberler.com/wp-content/uploads/2015/02/Kəsmikli-Blinçik-Keksi.jpg
Ərzaqlar
- 10-12 ədəd hazır nazik blinçik
- 500 q kəsmik
- 1-2 x.q. şəkər tozu
- 1 yumurta
- 1 paket vanilli şəkər
- ərik qurusı və ya kişmiş
Üzərinə:
- 2 yumurta
- 2-3 x.q. şəkər tozu
- 3 x.q. xama
Hazırlanması
- Sevdiyiniz reseptlə blinçik hazırlayın.
- Elə bir resept əlinizin altında yoxdursa, şirin və duzlu blinçiklərin hazırlanma qaydasından istifadə edə bilərsiniz.
- İç hazırlayın. Bunun üçün kəsmiyi yumurta, şəkər tozu, vanilli şəkərlə çalın, doğranmış ərik qurusu əlavə edib qarışdırın.
- İçi blinçiklərin içinə qoyub rulet kimi bükün.
- Formanı yağlayın. Blinçik ruletlərini formaya spiral kimi düzün.
- Yumurtanı şəkər tozu ilə çalıb xama əlavə edin, eynicinsli kütlə alınınca qarışdırın.
- Piroqun üzərinə bərabər şəkildə yayın. 190 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.
Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, kəsmikli blinçik keksiniz yumşaq olacaq. Nuş olsun!
Kəsmikli Blinçik Keksi
Hiç yorum yok:
Yorum Gönder