
Ərzaqlar
- 1 kq kartof
- 1 kq hisə verilmiş ət (toyuq və ya mal)
- 200 q pomidor
- 50 q pendir
- göyərti
- mayonez
- duz
- istiot
Hazırlanması
- Kartofu qabıqlı olaraq duzla suda bişirin.
- Soyudub təmizləyin. İki yerə bölün. Çay qaşığının köməyi ilə ortasını oyun.
- Oyduğunuz kartofu kubik doğrayın.
- Hisə verilmiş əti kubik doğrayın.
- Göyərtini xırda doğrayın.
- Pomidoru kubik doğrayın.
- Kubik doğradığınız kartofu, əti, pomidoru və göyərtini qarışdırın.
- Azca duz, istiot, mayonez vurub qarışdırın.
- Kartofların içini doldurun.
- Pendiri sürtgəcin xırda gözündən keçirib kartofların üstünə səpin. Siniyə düzüb 180 dərəcə qızdırılmış sobada üstü qızaranadək bişirin.
Haqqında: kartof dolması sevilən dolmalardan birindir. Bu dolmanı hazırlamaq çoxda çətin deyil. Nuş olsun!
Kartof Dolması
Hiç yorum yok:
Yorum Gönder