http://metbexdenxeberler.com/wp-content/uploads/2015/02/Basbura.jpg
Ərzaqlar
- 1 st. un
- 1 st. mannı
- 1 st. şəkər tozu
- 1 st. kokos yonqarı
- 1 st. qatıq
- 1 st. qoxusuz bitki yağı
- 1 yumurta
- 2 ç.q. vanilli şəkər
- 2 ç.q. qabartma tozu
- 20 ədəd badam (bəzək üçün)
Şərbəti üçün:
- 1/2 st. şəkər tozu
- 1/2 st. sud
- 2 x.q. limon şirəsi
Hazırlanması
- Bir qabda un, mannı yarması, şəkər tozu, kokos yonqarını, vanilli şəkəri və qabartma tozunu qarışdırın.
- Qatıq və bitki yağını əlavə edin.
- Yumurtanı çəngəllə yüngülcə çalın.
- Ümumi qarışığa əlavə edin. Yaxşıca qarışdırın.
- Formanı yağlayın (25×25 sm). Basbusa qalın olmasın deyə sininin iri olması daha yaxşı olar. Xəmiri tökün, sinini əlinizlə hərəkət etdirərək xəmirin bərabər yayılmasına çalışın.
- Üzərinə gözəyarı bərabər məsafələrdə badamları düzün (basmaq lazım deyil).
- 180 dərəcə isidilmiş sobada təxminən 40 dəqiqə bişirin.
- Dərhal da şərbət bişirin ki, soyumağa macal tapsın.
- Qazançıya şəkər tozu, su, limon şirəsi (təxminən limonun 1/3-i) tökün. Ocağın üstə qoyub qarışdırın, qaynara düşəndən sonra 2-3 dəqiqə bişirin. Hazır şərbəti soyudun.
- Bişmiş piroqu da təxminən 20 dəqiqə soyudun.
- İti bıçaqla piroqu düzbucaqlı hissələrə doğrayın, elə edin ki, hər birinin ortasına bir (yaxud bir neçə yanaşı) badam düşsün.
- İsti piroqun üstünə soyumuş şərbəti qaşıqla tökün. Aralarına şərbət gəzdirməyi də unutmayın.
- Piroqu tam soyudun. Yumşaq qalması üçün basbusanı paketdə saxlayın.
Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, basbura keksiniz yumşaq olacaq. Nuş olsun!
Basbura
Hiç yorum yok:
Yorum Gönder