
Ərzaqlar
- 1 qabaq
- 3-4 kartof
- 200 q toyuq qiyməsi
- 1 x.q. un
- 1 soğan
- 1 ədəd əridilmiş pendir kubiki
- duz
- istiot
- 1 yumurta
- bitki yağı
Hazırlanması
- Kartofu təmizləyin, yuyun, sürtgəcdən keçirin.
- Un, yumurta, duz, istiot, qiymə əlavə edin, qarışdırın.
- Soğanı xırda doğrayıb bitki yağında qovurun. Qiyməyə əlavə edin.
- Qabağı 4-5 sm hündürlükdə «stəkanlar»a doğrayın.
- Dibini saxlamaqla içini oyub çıxarın. Kartoflu-qiyməli içi qabağın içinə doldurun.
- Siniyə yığın. Üstünə əridilmiş pendir dilimi qoyun. Mayonez çəkin.
- 185 dərəcə qızdırılmış sobada 1,5 saat bişirin. Süfrəyə tomat sousu, xama ilə verə bilərsiniz..
Haqqında: kartoflu qabaq dolması sevilən dolmalardan birindir. Nuş olsun!
Kartoflu Qabaq Dolması
Hiç yorum yok:
Yorum Gönder