11 Mayıs 2015 Pazartesi

Piona Keksi

http://metbexdenxeberler.com/wp-content/uploads/2015/02/Piona-Keksi.jpg

Ərzaqlar


  • Keks üçün:

    Yumurta- 2 ədəd

    Şəkər tozu – yarım stəkan

    Duru yağ – yarım stəkan

    Un – 1 stəkan

    Qabartma tozu – 1 paket

    Vanil – 1 paket

    Kakao – 2 x/q.


  • Keksi islatmaq üçün:

    Süd – 1,5 stəkan

    Kakao – 2 x/q.


  • Krem üçün:

    Süd – 3 stəkan

    Şəkər tozu – 1 stəkan

    Un – 1 stəkan

    Duru krem – 200 ml.


  • Üstü üçün:

    Kakao



Hazırlanması


  1. Əvvəlcə keksi hazırlayırıq. Yumurta və şəkər tozunu yaxşıca qarışdırırıq.

  2. Digər inqrediyentləri də əlavə edərək, keksin xəmirini hazır edirik.

  3. 175 dərəcədə isidilmiş sobanın tavasını yağlayıb, xəmiri tökürük.

  4. Və elə həmin dərəcədə də 20-25 dəqiqə ərzində bişiririk.

  5. Keks bişən zaman kremini hazırlayırıq.

  6. Süd, şəkər tozu və unu qazana töküb, qarışdıra-qarışdıra bir qədər bərk hal alana qədər bişiririk.

  7. Sonra soyumağa qoyuruq.

  8. Bişən keksi sobadan çıxardıb, üzərinə süd və kakao qarışığını gəzdiririk.(Bu xəmiri islatmaq üçündür).

  9. Bir qədər soyumuş kremə duru kremi də əlavə edib, mikserlə yaxşıca qarışdırırıq.

  10. Sonra keksin üstünə tökərək, yayırıq. Ən sonda keksin üstünə kakao səpirik.

  11. Sonra soyuducuya qoyub, bir neçə saat gözləyirik.



Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, piona keksiniz yumşaq olacaq. Nuş olsun!



Piona Keksi

Hiç yorum yok:

Yorum Gönder