31 Mayıs 2015 Pazar
30 Mayıs 2015 Cumartesi
29 Mayıs 2015 Cuma
Toyuq Ruleti

Ərzaqlar
- Toyuq filesi – 200q
- Soğan -1- ədəd
- Yumura – 2 ədəd
- Bibər – 2 ədəd
- Pomidor-2 ədəd
- Kök -1ədəd
- Un
- Suxarik
- Nanə
- Duz ,istiot
Hazırlanması
- Fileni və soğanı çəkirik.
- Çəkilmiş fileyə yumurta azca un, duz, istiot tökub yaxşıca qarışdırırıq.
- Salafanın üstünə yayırıq.
- Bibəri, pamidoru, kökü ,nanəni doğrayırıb duz, istiot vurub qarışdırırıq yaydığımız filenin arasına yayıb büküb soyuducuya qoyuruq.
- Soyuducuda 1 saat saxladıqdan sonra üstünə yumuta çəkib hərtərəfini suxarikləyirik.
- Sobanı 180 d qızdırırıq və bişiririk.
- Yeyənlərin dediklərinə görə dadlıdır.
- Onuda bildirim ki bu reçepti heç yerdən götürməmişəm. Evdə olan ərzaqları bir yerə yığdım nəticədə bu Fafa batonu alındı. Nuş olsun!
Hakkında: Bişirilməsi asan və ləzzətli yeməklərdən sayılır.
Toyuq Ruleti
28 Mayıs 2015 Perşembe
Toyuq Kotleti Bolqar Bibəri İlə

Ərzaqlar
- 500 q toyuq filesi ve yaxud hinduşka filesi
- 150 q pendir
- 200 q bolqar biberi
- 100 q bulka ve yaxud 150 q soğan
- 200 ml südqızartma üçün suxarı
- göyerti zövqe göre
- duz
- istiot
- bitki yağı
Hazırlanması
- Toyuq filesi etçeken maşınından keçirilir.
- Bulka südün içinde isladılır.
- Pendir iri sürtgecden keçirilir.
- Soğan yarımhalqa şekilinde doğranır.
- Biberin içi temizlenir ve kubik şekilinde doğranılır.
- Göyerti xırda doğranılır.
- File, bulka (evvelcedem südün sıxmaq lazımdır), pendir, soğan, biber, göyerti qarışdırılır.
- duz, istiot vurulur. Farşdan kotletler duzeldilir.
- Suxarılara bulanıb 10 deqiqe erzinde her iki terefi üste qızardılır!
Hakkında: Bişirilməsi asan və ləzzətli yeməklərdən sayılır.
Toyuq Kotleti Bolqar Bibəri İlə
27 Mayıs 2015 Çarşamba
Quzuqulağı Dolması

Ərzaqlar
- 1/2 kq buğda yarması
- 4-5 sap göy soğan
- 2-3 xörək qaşığı tomat pastası
- 2-3 xörək qaşığı zeytun yağı
- Cəfəri
- Nanə
- Duz
- Qara istiot
Hazırlanması
- Buğda yarmasını bir qaba qoyub üzərini örtəcək qədər qaynar su da qaynadın.
- Suyu çəkilən kimi tomat pastası əlavə edin.
- Cəfəri, nanə, göy soğan, istiot, duz və zeytun yağı əlavə edin və qarışdırın.
- Digər tərəfdə quzuqulağının damarlı hissələrini bıçaqla sıyırıb böyüklüyünə görə 2 və ya 3 hissəyə bölün.
- Yaxşıca yaxaladıqdan sonra böyük bir qazanda duzlu su qaynadın.
- Quzuqulağını qaynayan suyun içinə atıb tərs üzünə çevirin və tez çıxardın. (Çox saxlamayın, yarpaqlar incə olduğundan çox saxladıqda dağılır.)
- Daha sonra quzuqulağını parlaq tərəfi içəridə qalacaq şəkildə içini doldurun və yarpaq dolmasını bükdüyünüz kimi bükün.
- Qazana düzün. Üzərinə tomat pastalı su, zeytun yağı və az miqdarda duz səpib 10-15 dəqiqə bişirin.
- Soyuyandan sonra böyük boşqaba qoyun, sarımsaqlı qatıq ilə süfrəyə verin.
Haqqında: quzuqulağı dolması sevilən dolmalardan birindir. Nuş olsun!
Quzuqulağı Dolması
26 Mayıs 2015 Salı
Sobada Dolma

Ərzaqlar
- 800 q qiymə (mal, qoyun)
- 100 q düyü
- 6 ortaboy soğan
- 2 yumurta
- 500 q ağ kələm
Hazırlanması
- Düyünü suda ala-çiy bişirin, soyudun.
- 3 baş soğanı xırda doğrayın, qalan üçünü isə blenderdə püre halına salın.
- Kələmi doğrayın. Bütün inqredientləri – qiyməni, soğanı, yumurtanı, kələmi və düyünü qarışdırın.
- Duz, təzə üyüdülmüş istiot əlavə edin.
- Alınan kütlədən uzunsov kotletlər tutun, siniyə düzün.
- Kotletləri hazırlayarkən əlcək geyinsəniz, yaxşı olar, çünki qarışıq ələ yapışan alınır.
- Əgər əlcək yoxdursa, əllərinizi soyuq suda isladın.
- 180 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin.
- Hazır olmağa 5 dəqiqə qalmış sobadan çıxarıb üzərinə sürtgəcdən keçirilmiş parmezan pendiri səpə bilərsiniz.
- Bu tənbəl dolma üçün linkdəki sousdan istifadə edə bilərsiniz.
Haqqında: soba dolması sevilən dolmalardan birindir. Nuş olsun!
Sobada Dolma
25 Mayıs 2015 Pazartesi
Manqalda Dolma

Ərzaqlar
- 1-1,5 kq qiymə
- 500 q quyruq
- soğan
- duz
- istiot
- nanə
- reyhan
- keşniş toxumu
- qara istiot
- üyüdülmüş zirə
- iç piyi – bükmək üçün
Hazırlanması
- Əti bıçaqla xırdalayın – qiymə halına düşənədək. Quyruğu və soğanı da xırdalayın.
- Ədviyyatı zövqünüzə görə seçin, məsələn, nanə, reyhan, keşniş toxumu, qara istiot və zirə ilə dadlı olur.
- Qiyməni qarışdırın, amma lülə-kababdakı kimi çox yox.
- İç piyini (pərdə) masanın üstünə sərin.
- Üstünə tənək yarpaqları düzün. Bir tərəfindən qiyməni qoyub rulet kimi bükün.
- Ruletləri qida plyonkasına bükün.
- Çalışın, hamar alınsın, plyonkanın uclarını düyün.
- Hazır ruletləri təxminən 0 dərəcə Selsiyədək soyudun.
- Bıçaqla kəsilməli olanda 2-3 sm enində doğrayın, şişə taxın.
- Yaxşı donubsa, içinin qiyməsi tökülməməlidir.
- Manqalda bişirin. Süfrəyə sarımsaqlı qatıq və təzə göyərti ilə verin.
Haqqında: manqal dolması sevilən dolmalardan birindir.
Manqalda Dolma
24 Mayıs 2015 Pazar
Qiyməli Içli Küftə

Ərzaqlar
- Xəmiri üçün:
1 kilo incə küftəlik bulğur
İlıq su
Duz
- İçliyi üçün:
Yarm kilo qiymə
Duz
İstiot
Pul bibər
Soğan
Cəfəri
Bulğur
Su
Hazırlanması
- Bulğuru ilıq suda isladın.
- Yumşaldıqdan sonra yaxşıca yoğurun. Arada azca ilıq su da əlavə edin.
- Daha sonra soğanı maşından keçirərək suyunu sıxın.
- Suyunu sıxdığınız soğanı tavada yağ da əlavə edib qovurun.
- Yaxşıca qovrulan soğana qiymə və ədviyyatları da əlavə edib qovurun.
- Cəfəri doğrayıb soyumağa qoyun.
- Xəmirindən götürüb balaca küftə hazırlayın.
- Xəmirin içini çox nazik olmayacaq şəkildə açın və 2 çay qaşığı qiymə qoyub ağzını bağlayın.
- Küftələr hazır olduqdan sonra qaynayan isti suyun içinə atıb 5 dəqiqə bişirin.
- Üstünə bol kərə yağı əridib tökün. Nuş olsun!
Haqqında: qiyməli içli küftə və sevilən dolmalardan birindir.
Qiyməli Içli Küftə
23 Mayıs 2015 Cumartesi
Kartoflu Qabaq Dolması

Ərzaqlar
- 1 qabaq
- 3-4 kartof
- 200 q toyuq qiyməsi
- 1 x.q. un
- 1 soğan
- 1 ədəd əridilmiş pendir kubiki
- duz
- istiot
- 1 yumurta
- bitki yağı
Hazırlanması
- Kartofu təmizləyin, yuyun, sürtgəcdən keçirin.
- Un, yumurta, duz, istiot, qiymə əlavə edin, qarışdırın.
- Soğanı xırda doğrayıb bitki yağında qovurun. Qiyməyə əlavə edin.
- Qabağı 4-5 sm hündürlükdə «stəkanlar»a doğrayın.
- Dibini saxlamaqla içini oyub çıxarın. Kartoflu-qiyməli içi qabağın içinə doldurun.
- Siniyə yığın. Üstünə əridilmiş pendir dilimi qoyun. Mayonez çəkin.
- 185 dərəcə qızdırılmış sobada 1,5 saat bişirin. Süfrəyə tomat sousu, xama ilə verə bilərsiniz..
Haqqında: kartoflu qabaq dolması sevilən dolmalardan birindir. Nuş olsun!
Kartoflu Qabaq Dolması
22 Mayıs 2015 Cuma
Basdırmalı Göbələk Dolması

Ərzaqlar
- 500 q göbələk
- 100 q holland pendiri
- 50 q basdırma (bu, sırf türk basdırmasıdır, bəyəndiyiniz kolbasa növü ilə əvəz edə bilərsiniz)
- 1 dəstə cəfəri
- 2 x.q. kərə yağı
- duz
- istiot
Hazırlanması
- Göbələklərin ayaqlarını çıxarın.
- Düzbucaqlı siniyə göbələkləri tərsinə (papaq tərəfi aşağı) düzün. İçinə duz və istiot səpin.
- Pendiri və basdırmanı kubik şəklində doğrayın.
- Cəfərini də doğrayıb əlavə edin, qarışdırın.
- Bu qarışığı göbələklərin içinə doldurun. Kərə yağını əridib göbələklərin üstünə gəzdirin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin.
Haqqında: basdırmalı göbələk dolması sevilən dolmalardan birindir. Türk mətbəxinə aiddir. Nuş olsun!
Basdırmalı Göbələk Dolması
21 Mayıs 2015 Perşembe
Avokado Dolması

Ərzaqlar
- 3 yetişmiş avokado (mütləq yetişmiş)
- 300 q toyuq filesi
- 150 q pendir
- 2-3 x.q. xama və ya mayonez
- duz
Hazırlanması
- Toyuğun filesini bişirin (qaynara düşəndən sonra daha 20 dəqiqə qaynadın). Soyudun. Xırda doğrayın.
- Avokado çox bərk və ya çox yumşaq olmamalıdır. Onları ikiyə bölün. Çərdəkini atın. Lətini çıxarıb xırda doğrayın.
- Pendiri sürtgəcin xırda gözündən keçirin.
- Toyuq əti ilə avokadonu qarışdırıb azca duz vurun. Xama əlavə edib qarışdırın. İçi çıxarılmış avokadoların içinə doldurun. Üzərinə pendir səpin. Siniyə düzün.
- 180 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin. Pendir əriyən kimi yemək hazır olacaq. (Avokado qabıqları yeməli deyil).
Haqqında: avokado dolması sevilən dolmalardan birindir. Bu dolmanı hazırlamaq çoxda çətin deyil. Nuş olsun!
Avokado Dolması
20 Mayıs 2015 Çarşamba
Çörək Dolması

Ərzaqlar
- 7-8 hamburger çörəkciyi
- 1 dəstə ispanaq
- 200 qram beşamel sousu
- 150 qram holland pendiri
- 5 dilimlənmiş pomidor
- 4 dilimlənmiş yaşıl bibər
Dolma üçün:
- 250 qram doğranmış ispanaq
- 1 baş quru soğan
- 150 qram əridilmiş yağ
- Duz
- Qara bibər
İçi üçün:
- 1 baş quru soğan
- 200 qram döyülmüş quzu əti
- 4-5 incə doğranmış göbələk
- 1 qırmızı bibər
- 1 yaşıl bibər
- 1 xörək qaşığı alça turşusu
- 150 qram əridilmiş yağ
- Duz
- Qara bibər
Hazırlanması
- Əvvəlcə tavaya yağ tökərək ispanaq və soğanı qovurun.
- Hamburger çörəklərinin içini ovun, oraya ispanağı, soğanı əlavə edin.
- Döyülmüş quzu ətini tavada suyu çəkilənə qədər qovurun, soğan, pomidor və bibərləri əlavə edərək qovurmağa davam edin.
- Ət tam bişəndən sonra hamburger çörəklərinin içinə doldurun.
- Daha sonra çörəklərin üzərinə ovulmuş holland pendiri, beşamel sousu və kərə yağında qızardılmış göbələkləri əlavə edin.
Haqqında: çörək dolması sevilən dolmalardan birindir. Bu dolmanı hazırlamaq çoxda çətin deyil. Nuş olsun!
Çörək Dolması
19 Mayıs 2015 Salı
Hamsi (kilkə) Dolması

Ərzaqlar
- 1 kiloqram kilkə balığı
- 1 baş quru soğan
- 0,5 dəstə incə doğranmış ispanaq
- 2 diş döyülmüş sarımsaq
- Qara bibər
- Pul bibər
- Duz
Qızartmaq üçün:
- 2 yumurta
- 2 stəkan qarğıdalı unu və ya adi un
- 0,5 stəkan günəbaxan, kərə və ya zeytun yağı
Hazırlanması
- Kilkə balıqlarının başlarını və qılçıqlarını ayırın, yuyun, duzlayın və suyunun süzülməsi üçün süzgəcə qoyun.
- Soğanı incə şəkildə doğrayın, ispanaq, sarımsaq və bibər əlavə edib qarışdırın.
- Təmizlənmiş və ortadan ayrılmış kilkənin içinə həmin qarışığından bir çay qaşığı qoyun, sonra balığın açılmış qarnını birləşdirin.
- Kilkəni əvvəlcə una, sonra da çırpılmış yumurtaya batıraraq qızğın yağda qızardın.
- Kilkə dolması süfrəyə verilərkən qırmızı soğan, kiçik duzlu xiyar və ya kahı əlavə edilərsə, daha dadlı alınar.
Haqqında: Türkiyənin Qara dəniz sahillərində ən sevilən yeməklərdən biridir və “hamsi dolması” adı ilə məşhurdur. Nuş olsun!
Hamsi (kilkə) Dolması
18 Mayıs 2015 Pazartesi
Kartof Dolması

Ərzaqlar
- 1 kq kartof
- 1 kq hisə verilmiş ət (toyuq və ya mal)
- 200 q pomidor
- 50 q pendir
- göyərti
- mayonez
- duz
- istiot
Hazırlanması
- Kartofu qabıqlı olaraq duzla suda bişirin.
- Soyudub təmizləyin. İki yerə bölün. Çay qaşığının köməyi ilə ortasını oyun.
- Oyduğunuz kartofu kubik doğrayın.
- Hisə verilmiş əti kubik doğrayın.
- Göyərtini xırda doğrayın.
- Pomidoru kubik doğrayın.
- Kubik doğradığınız kartofu, əti, pomidoru və göyərtini qarışdırın.
- Azca duz, istiot, mayonez vurub qarışdırın.
- Kartofların içini doldurun.
- Pendiri sürtgəcin xırda gözündən keçirib kartofların üstünə səpin. Siniyə düzüb 180 dərəcə qızdırılmış sobada üstü qızaranadək bişirin.
Haqqında: kartof dolması sevilən dolmalardan birindir. Bu dolmanı hazırlamaq çoxda çətin deyil. Nuş olsun!
Kartof Dolması
17 Mayıs 2015 Pazar
Mürəbbəli Keks
http://metbexdenxeberler.com/wp-content/uploads/2015/02/Mürəbbəli-Keks.jpg
Ərzaqlar
- 3 yumurta
- 350 q un
- 1 paket yağı
- 1 stəkan şəkər tozu
- 0.5 çay qaşığı soda
- mürəbbə (qatı)
Hazırlanması
- Yumurta ilə şəkər tozunu çalırıq və yağla unu əlavə edirik. Sodanı üzərinə səpirik.
- Xəmir yapışqan olmamalıdır. Əks halda un əlavə edin. Xəmiri yarıya bölün. 1-ci hissəsi əsas hissəyə, 2-ci hissəsi isə 20 dəqiqəlik soyuducuya qoyuruq. 1-ci yarısını 1sm qalınlıqda yayıb üzərinə mürəbbə tökürük.
- Üzərinə isə sürtgəcin iri gözündən keçirilmiş xəmirin 2-ci hissəsini səpirik. 180 dərəcədə sobada bişiririk.
Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, mürəbbəli keksiniz yumşaq olacaq. Nuş olsun!
Mürəbbəli Keks
16 Mayıs 2015 Cumartesi
Soğanlı Keks
http://metbexdenxeberler.com/wp-content/uploads/2015/02/Soğanlı-Keks.jpg
Ərzaqlar
- Xəmir üçün:
1,5 st. un
150 q marqarin - İçi üçün:
5-6 baş soğan
200 q bərk pendir
50 q kərə yağı
1 x.q. şəkər tozu
1 ç.q. un
3-4 budaq cəfəri
duz
istiot
Hazırlanması
- Marqarini unla döyün. 0,5 st. sü tökün, xəmir yoğurun.İç: soğanı təmizləyin, yarımhalqa doğrayın.
- Qazana qoyub üzərinə 0,5 st. qaynar su tökün, su quruyanadək bişirin. Un səpin, yağla qarışdırın.
- Duz, istiot vurun, şəkər tozu və xırda doğranmış cəfəri əlavə edin.
- Xəmiri yağlanmış siniyə döşəyin.
- Bir neçə yerdən çəngəl batırın. 220 dərəcə qızdırılmış sobada bişirin.
- Tam bişməmiş içi üzərinə yayın, üzərinə sürtgəcdən keçirilmiş pendir səpin.
- 15-20 dəqiqə, hazır olanadək bişirin. Süfrəyə isti verin. Nuş olsun!
Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, soğanlı keksiniz yumşaq olacaq.
Soğanlı Keks
15 Mayıs 2015 Cuma
Qatıqlı Keks
http://metbexdenxeberler.com/wp-content/uploads/2015/02/Qatıqlı-Keks.jpg
Ərzaqlar
- 500 ml qatıq
- 200 q un
- 4 yumurta
- 1 ç.q. qabartma tozu
İç üçün:
- 1 dəstə göy soğan
- 100 q bərk pendir
- 1 bişmiş yumurta
Hazırlanması
- İçin hazırlanamsı: Pendiri sürtgəcdən keçirin, yaxud xırda doğrayın, xırda doğranmış göy soğan və kubik doğranmış bişmiş yumurta ilə qarışdırın. İç hazırdır.
- Qeyd: Güclü dadı olan pendir seçin, ətirli və bir qədər duzlu olsun, məsələn, Oltermani, Qauda, Tilziter, yaxud Edam. Xəmirin hazırlanması:
- Unu qatıqla qarışdırın. Yumurtaları, duz-istiot, 1 çay qaşığı da şəkər tozu əlavə edin.
- Qabartma tozunu ən sonda əlavə edin, qarışdırın. Xəmir duru alınmalıdır. Sinini yağlayın.
- Xəmirin yarısını içinə tökün. İçi döşəyin.
- Xəmirin qalanını üzərinə töküb 180 dərəcə qızdırılmış sobaya qoyun.
- Bişirdikdən dərhal sonra sobadan çıxarmayın. Bir qədər soyumasını gözləyin.
Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, qatıqlı keksiniz yumşaq olacaq. Nuş olsun!
Qatıqlı Keks
14 Mayıs 2015 Perşembe
13 Mayıs 2015 Çarşamba
Kəsmikli Blinçik Keksi
http://metbexdenxeberler.com/wp-content/uploads/2015/02/Kəsmikli-Blinçik-Keksi.jpg
Ərzaqlar
- 10-12 ədəd hazır nazik blinçik
- 500 q kəsmik
- 1-2 x.q. şəkər tozu
- 1 yumurta
- 1 paket vanilli şəkər
- ərik qurusı və ya kişmiş
Üzərinə:
- 2 yumurta
- 2-3 x.q. şəkər tozu
- 3 x.q. xama
Hazırlanması
- Sevdiyiniz reseptlə blinçik hazırlayın.
- Elə bir resept əlinizin altında yoxdursa, şirin və duzlu blinçiklərin hazırlanma qaydasından istifadə edə bilərsiniz.
- İç hazırlayın. Bunun üçün kəsmiyi yumurta, şəkər tozu, vanilli şəkərlə çalın, doğranmış ərik qurusu əlavə edib qarışdırın.
- İçi blinçiklərin içinə qoyub rulet kimi bükün.
- Formanı yağlayın. Blinçik ruletlərini formaya spiral kimi düzün.
- Yumurtanı şəkər tozu ilə çalıb xama əlavə edin, eynicinsli kütlə alınınca qarışdırın.
- Piroqun üzərinə bərabər şəkildə yayın. 190 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.
Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, kəsmikli blinçik keksiniz yumşaq olacaq. Nuş olsun!
Kəsmikli Blinçik Keksi
12 Mayıs 2015 Salı
Basbura
http://metbexdenxeberler.com/wp-content/uploads/2015/02/Basbura.jpg
Ərzaqlar
- 1 st. un
- 1 st. mannı
- 1 st. şəkər tozu
- 1 st. kokos yonqarı
- 1 st. qatıq
- 1 st. qoxusuz bitki yağı
- 1 yumurta
- 2 ç.q. vanilli şəkər
- 2 ç.q. qabartma tozu
- 20 ədəd badam (bəzək üçün)
Şərbəti üçün:
- 1/2 st. şəkər tozu
- 1/2 st. sud
- 2 x.q. limon şirəsi
Hazırlanması
- Bir qabda un, mannı yarması, şəkər tozu, kokos yonqarını, vanilli şəkəri və qabartma tozunu qarışdırın.
- Qatıq və bitki yağını əlavə edin.
- Yumurtanı çəngəllə yüngülcə çalın.
- Ümumi qarışığa əlavə edin. Yaxşıca qarışdırın.
- Formanı yağlayın (25×25 sm). Basbusa qalın olmasın deyə sininin iri olması daha yaxşı olar. Xəmiri tökün, sinini əlinizlə hərəkət etdirərək xəmirin bərabər yayılmasına çalışın.
- Üzərinə gözəyarı bərabər məsafələrdə badamları düzün (basmaq lazım deyil).
- 180 dərəcə isidilmiş sobada təxminən 40 dəqiqə bişirin.
- Dərhal da şərbət bişirin ki, soyumağa macal tapsın.
- Qazançıya şəkər tozu, su, limon şirəsi (təxminən limonun 1/3-i) tökün. Ocağın üstə qoyub qarışdırın, qaynara düşəndən sonra 2-3 dəqiqə bişirin. Hazır şərbəti soyudun.
- Bişmiş piroqu da təxminən 20 dəqiqə soyudun.
- İti bıçaqla piroqu düzbucaqlı hissələrə doğrayın, elə edin ki, hər birinin ortasına bir (yaxud bir neçə yanaşı) badam düşsün.
- İsti piroqun üstünə soyumuş şərbəti qaşıqla tökün. Aralarına şərbət gəzdirməyi də unutmayın.
- Piroqu tam soyudun. Yumşaq qalması üçün basbusanı paketdə saxlayın.
Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, basbura keksiniz yumşaq olacaq. Nuş olsun!
Basbura
11 Mayıs 2015 Pazartesi
Piona Keksi
http://metbexdenxeberler.com/wp-content/uploads/2015/02/Piona-Keksi.jpg
Ərzaqlar
- Keks üçün:
Yumurta- 2 ədəd
Şəkər tozu – yarım stəkan
Duru yağ – yarım stəkan
Un – 1 stəkan
Qabartma tozu – 1 paket
Vanil – 1 paket
Kakao – 2 x/q. - Keksi islatmaq üçün:
Süd – 1,5 stəkan
Kakao – 2 x/q. - Krem üçün:
Süd – 3 stəkan
Şəkər tozu – 1 stəkan
Un – 1 stəkan
Duru krem – 200 ml. - Üstü üçün:
Kakao
Hazırlanması
- Əvvəlcə keksi hazırlayırıq. Yumurta və şəkər tozunu yaxşıca qarışdırırıq.
- Digər inqrediyentləri də əlavə edərək, keksin xəmirini hazır edirik.
- 175 dərəcədə isidilmiş sobanın tavasını yağlayıb, xəmiri tökürük.
- Və elə həmin dərəcədə də 20-25 dəqiqə ərzində bişiririk.
- Keks bişən zaman kremini hazırlayırıq.
- Süd, şəkər tozu və unu qazana töküb, qarışdıra-qarışdıra bir qədər bərk hal alana qədər bişiririk.
- Sonra soyumağa qoyuruq.
- Bişən keksi sobadan çıxardıb, üzərinə süd və kakao qarışığını gəzdiririk.(Bu xəmiri islatmaq üçündür).
- Bir qədər soyumuş kremə duru kremi də əlavə edib, mikserlə yaxşıca qarışdırırıq.
- Sonra keksin üstünə tökərək, yayırıq. Ən sonda keksin üstünə kakao səpirik.
- Sonra soyuducuya qoyub, bir neçə saat gözləyirik.
Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, piona keksiniz yumşaq olacaq. Nuş olsun!
Piona Keksi
10 Mayıs 2015 Pazar
İsveçrə Keksi
http://metbexdenxeberler.com/wp-content/uploads/2015/02/İsveçrə-Keksi.jpg
Ərzaqlar
- Alma sirkəsi – 2 x/q.
- Kakao – 6 x/q.
- Duru yağ – 0.75 (3/4) stəkan
- Su – 2 stəkan
- Şəkər tozu – 2 stəkan
- Un – 3 stəkan
- Vanil – 1 x/q
- Şokoladlı pudinq – 1 paket
Hazırlanması
- Keksi hazırlamaq üçün əvvəlcə quru ərzaqları bir qabda, duru ərzaqları da ayrı bir qabda qarışdırın.
- Sonra duru ərzaqları yavaş-yavaş quru ərzaqlar olan qaba əlavə edin.
- Qarışığı yaxşı yağlanmış dərin və ya geniş bir keks qəlibinə tökün.
- 175 dərəcədə 35-40 dəqiqə bişirin.
- Keksin xəmiri hazır olana qədər pudinqi bişirin.
- Pudinq bir az soyuyandan sonra keksin üzərinə tökmək lazımdır. Nuş olsun!
Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, İsveçrə keksiniz yumşaq olacaq.
İsveçrə Keksi
9 Mayıs 2015 Cumartesi
Şokoladlı Keks
http://metbexdenxeberler.com/wp-content/uploads/2015/02/Şokoladlı-Keks.jpg
Ərzaqlar
- 1 paket şokolad
- 1 yemək qaşığı marqarin
- 3 ədəd yumurta
- 1,5 su stəkanı toz şəkər
- 1 paket vanil
- 1 paket qabartma tozu
- 1 su stəkanı duru yağ
- 1 su stəkanı qatıq
- 1 çay qaşığı darçın
- 3 su stəkanı un
Hazırlanması
- Geniş bir qabın içində yumurtalarla şəkəri yaxşıca çırpın.
- Ayrı bir yerdə unu, qabartma tozunu, vanil və darçını ələyib qarışdırın.
- Yumurtalara qatıq və duru yağ əlavə edib qarışdırın.
- Ən son unlu qarışığı əlavə edib qarışdırın və xəmiri yağlayıb unladığınız keks qəlibinə boşaldın.
- Əvvəldən isidilmiş 180 dərəcəli sobada bişirin.
- Şokolad və marqarini buxar hamamı üsulu əridib qarışdırın.
- Keks sobadan çıxdıqdan sonra şokoladı keksin üzərinə sürün.
- Soyuduqdan sonra servis edin.
Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, şokoladlı keksiniz yumşaq olacaq. Nuş olsun!
Şokoladlı Keks
8 Mayıs 2015 Cuma
Yaş keks
http://metbexdenxeberler.com/wp-content/uploads/2015/02/Yaş-keks.jpg
Ərzaqlar
- 4 ədəd yumurta
- 1 qəhvə fincanı maye yağ
- ½ su stəkanı süd
- 4 qəhvə fincanı şəkər
- 1,5 xörək qaşığı kakao
- 1 paket qabartma tozu
- 1 paket vanil
- 4 qəhvə fincanı un
Directions
- Yumurta və şəkəri yaxşıca çırpın. Ardından süd və kakaonu əlavə edib qarışdırın.
- Bu qarışıqdan 1 su stəkanını ayırın.
- Qalan qarışığa у, un, vanil və qabartma tozunu əlavə edib yaxşıca qarışdırın.
- Bu vaxt sobanı 180 dərəcədə istiləşməyə buraxın.
- Qarışdırma əməliyyatı bitdikdən sonra istilənmiş sobaya içliyi qoyun.
- 50 dəqiqə qədər sobada bişirin.
- Sobadan alınan isti keksin üzərinə ayırdığınız qarışığı, qarışığın üzərinə bir yarım su stəkanı süd əlavə edərək tökün.
- Soyuyunca üzərinə dondurma qoyaraq servis edə bilərsiniz.
Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, yaş keksiniz yumşaq olacaq. Nuş olsun!
Yaş keks
7 Mayıs 2015 Perşembe
Heyvalı tas kababı
Ərzaqlar
- 500 qr quzu (quşbaşı doğranmış)
- 2 ədəd heyva
- 2 su stəkanı düyü
- 2 xörək qaşığı kərə yağı
- 1 çay qaşığı istiot
- 1 çay qaşığı duz
Hazırlanması
- Düyüləri ilıq duzlu suda gözlədin.
- Yumru bir qabın içinə quşbaşı ət, kub şəklində doğranmış heyva, istiot və duz qoyun.
- Kabı geniş bir qazanın içinə tərs çevirib qoyun.
- Az odda 30 dəqiqə bişirin. Ağırlığı qaldırmadan kənarlarına düyünü qoyun.
- Üzərinə kərə yağı qoyub duz atın.
- 4 stəkan isti suyu düyünün üstünə tökün.
- Düyü suyunu çəkənə qədər bişirin. Tası ortasından çıxarın, qazanı tərs çevirib servis edin.
Hakkında: Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır.
Heyvalı tas kababı
6 Mayıs 2015 Çarşamba
Pomidorlu kabab
Ərzaqlar
- 125 qram quzu əti (boşluq qisimindən)
- 2-3 ədəd orta ölçülü pomidor
- Duz
Hazırlanması
- Quzu ətini ətçəkəndə iri çəkin.
- Üzərinə duz əlavə edib yüngülcə yoğurun. Daha sonra altı hissəyə ayırın.
- Hər hissəni rulo edib, ortasına yüngülcə basdıraraq iplik çarxı şəklinə gətirin.
- Pomidorları dördə bölün.
- 2 ədəd kvadrat şişə, 1 pomidor 1 küftə olacaq şəklidə keçirin.
- Manqalda kömür odunda ağır-ağır bişirin.
- Sumaqlı soğan və yarma plovu ilə servis edin.
Hakkında: Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır. Nuş olsun!
Pomidorlu kabab
5 Mayıs 2015 Salı
Qara ciyər Kababı
Ərzaqlar
- 230 q qoyun qara ciyəri
- 3 q sumaq
- duz
Hazırlanması
- Qara ciyər pərdələrdən azad edilib 30-40 qramlıq kub formalı tikəciklərv, eyni zamanda da qoyun quyruğu 10 qramlık tikəciklərə doğranır, növbə ilə şişə taxılır.
- Manqalda qızartmazdan əvvəl kababa duzlu su səpilir.
- Hazır olduqda bunun yanında süfrəyə göyərti və sumaq verilir. Nuş olsun!
Hakkında: Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır.
Qara ciyər Kababı
4 Mayıs 2015 Pazartesi
Quyruqla Badımcan Kababı
Ərzaqlar
- Badımcanlar – 8-10 əd.,
- Quyruq – 500 q,
- Duz – zövqə görə
Hazırlanması
- Badımcanlar yuyulur, qurulanır, tumluğu çıxarılır və ortası uzunua çərtilir.
- Çərtilmiş yerə bir az duzlanmış quyruq qoyulur.
- Badımcanları şişə taxarkən çalışmaq lazımdır ki, şiş quyruğu da dəlib keçsin.
- Şişə taxılmış hazır badımcanlar manqala qoyulub qızardılır.
- Ət kababı ilə birlikdə süfrəyə verilir.
Hakkında: Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır. Nuş olsun!
Quyruqla Badımcan Kababı
3 Mayıs 2015 Pazar
Sobada Toyuq Çöp Şiş
Ərzaqlar
- Toyuğun döş əti – 1 ədəd
- Göbələk – 4-5 ədəd
- Bibər – 2 ədəd
Marinəsi üçün:
- Sirkə- 2 x.q
- Zeytun yağı- 1 x.q
- Kəklikotu
- Rozmari
- Duz
- Sarımsaq- 1diş
- Soğan – 1 ədədin ¼-i
Hazırlanması
- Toyuğun döş əti nisbətən orta ölçülü kub formasında doğranılır və bir kasaya tökülür.
- Marinə üçün nəzərdə tutulan ərzalar doğranmış toyuğun döş ətinin üzərinə əlavə edilərək yaxşı qarışdırılır və streç salafanla üzəri bağlanılıb 1 saat soyuducunun buzluğunda saxlanılır.
- Bibərlər və göbələklər doğranılır. Marinə olunub yumşalmış toyuğun əti fotodakı kimi bibər, göbələk, soğan və ət şəklində şişə keçirilir.Soba 220 dərəcə tempraturda isidilir.
- Toyuq şişləri istəyə uyğun şəkildə qızarana qədər sobada fırladılır. İsti-isti süfrəyə verilir.
Hakkında: Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır.
Sobada Toyuq Çöp Şiş
2 Mayıs 2015 Cumartesi
Şam Kababı
Ərzaqlar
- Quzu əti – 500 q
- Quyruq – 200 q
- Baş soğan – 2 ədəd
- Limon suyu – 2 x.q.
- Alça – 9 ədəd
- Acı bibər – 4 ədəd
- Pomidor – 7 ədəd
- Duru yağ
- Duz, istiot
Hazırlanması
- Quzu əti quyruq və baş soğanla ətçəkən maşınından keçirilir.
- Çəkilmiş ətə limon suyu, duz, istiot vurulub qarışdırılır.
- Ət farşından lülələr hazırlanır və yağlanmış listə pomidor, bibər, alça ilə yığılıb 180 dərəcəyədək qızdırılmış sobada 25 dəq. bişirilir.
Hakkında: Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır.Nuş olsun!
Şam Kababı
1 Mayıs 2015 Cuma
Praqa Kababı
Ərzaqlar
- Can əti – 250 q
- Quyruq – 150 q
- Qoz – 100 q
- Duru yağ
- Duz, istiot
Hazırlanması
- Can əti strecin arasında döyülür, duzlanır və istiotlanır.
- İçliyi hazırlamaq üçün: quyruq və qoz ətçəkən maşınından keçirilir, üzərinə duz, istiot əlavə edilib qarışdırılır.
- Döyülmüş ətin üzərinə içlik qoyulub bükülür.
- Soba listinə folqa salınır, yağlanır və içlikli ət öncədən 180 dərəcəyədək qızdırılmış sobada 20 dəqiqə bişirilir.
Hakkında: Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır. Nuş olsun!
Praqa Kababı