30 Kasım 2016 Çarşamba

Tez hazırlanan limonlu pudinq

Ərzaqlar


  • 1,5 xörək q. kərə yağı

     


  • 50 qram şəkər

     


  • 1 yumurta

     


  • 2 xörək q. un

     


  • 1/2 su stəkanı süd

     


  • Yarım dənə limon

Hazırlanması



  1. Limonun qabığını sürtgəcdən keçirin, özünün şirəsini sıxın.

  2. Əvvəlcə yağ, şəkər və sürtgəcdən keçirilmiş limon qabığını mikserlə çalın.

  3. Sonra limon şirəsi, yumurta sarısı, un və südü növbə ilə əlavə edərək çalın.

  4. Yumurta ağını ayrı qabda çalın və sarılı qarışığa əlavə edin.

  5. Pudinq qablarına qarışığı bölüşdürün.

  6. Pudinq qablarını böyük bir soba qabına yığın və bu soba qabına su elə tökün ki, pudinq formalarının yarısına qədər olsun.

  7. Əvvəlcədən isdilmiş 180 dərəcəli sobada 30 dəqiqə bişirin.



Nuş olsun!


Tez hazırlanan limonlu pudinq asan hazırlanan şirniyyatdır.



Tez hazırlanan limonlu pudinq

29 Kasım 2016 Salı

Şokoladlı karamelli tart

Ərzaqlar


  • Ovulan xəmir üçün:

     


  • 300 qram un

     


  • 150 qram kərə yağı

     


  • 1 yumurta

     


  • Bir çimdik duz

     


  • Şokoladlı krem üçün:

     


  • 200 qram 70%-li şokolad

     


  • 125 qram qaymaq

     


  • 60 qram kərə yağı

     


  • 2 xörək q. şəkər

     


  • 1 çimdik duz

     


  • Karamel üçün:

     


  • 220 qram şəkər

     


  • 60 qram su

     


  • 125 qram qaymaq

     


  • 60 qram kərə yağı

     


  • 1 çimdik duz

Hazırlanması



  1. Pesoçnu xəmiri hazırlamaq üçün blendr qabında kərə yağı, un, duz, şəkəri qarışdırın.

  2. Sonra yumurta və bir az su əlavə edin.

  3. Bir kütlə alınana qədər  blendrlə çalın və xəmirdən şar formasında kündə hazırlayın.

  4. Təxminən 26 sm ölçülü tart qabına yağlı kağız qoyun və xəmiri əllə qaba elə yerləşdirin ki, divarları tamamilə xəmirlə tutulsun.

  5. 30 dəqiqə soyuducuda saxlayın.

  6. Əvvəlcədən 200 dərəcə isidilmiş sobada 20 dəqiqə bişirin.

  7. Şokoladlı krem hazırlamaq üçün 125 qram qaymağı odda qaynatmamaq şərti ilə isidin.

  8. Üzərinə isti-isti 60 qram kərə yağı və xırdalanmış şokolad qatın və şokolad əriyənə qədər qarışdırın.

  9. Karamelli krem hazırlamaq üçün şəkər su ilə odda əridin, qəhvəyi rəng alana qədər bişirin, üzərinə 60 qram kərə yağı və qaymağı qatın.

  10. Qaynatmamaq şərti ilə yağ əridikdə odddan götürün.

  11. Tart xəmirinə karamelli krem sonra şokoladlı kremi tökün.

  12. 2 saat soyuducuda saxlayın.



Nuş olsun!


Şokoladlı karamelli tart şirniyyatı şokolad sevənlərin seçimidir.



Şokoladlı karamelli tart

28 Kasım 2016 Pazartesi

Quş südü tortu

Ərzaqlar


  • 140 qram un

     


  • 350 qram kərə yağı

     


  • 400 qram şəkər

     


  • 2 yumurta

     


  • 75 qram şokolad

     


  • 100 qram bişmiş süd

     


  • 60 qram yumurta ağı

     


  • ½ çay q. limon duzu

     


  • 1 paket vanil

     


  • 4 qram aqar-aqar jelatin əvəzedici

Directions



  1. Aqar-aqarı 140 qram suda 2-3 saat isladın.

  2. 100 qram kərə yağını 100 qram şəkər ilə çalın, 2 yumurta, yarım paket vanil və unu əlavə edin və qarışdırın.

  3. Xəmiri iki hissəyə bölün.

  4. Yumru formada olan soba qabına yağlı kağız qoyun.

  5. Əvvəlcədən isidilmiş 200 dərəcəli sobada növbə ilə 10 dəqiqə bişirin.

  6. 200 qram kərə yağı və bişmiş südü, qalan vanillə  çalın.

  7. Aqar-aqarı odda qaynayana qədər qarışdırın, oddan götürməmək şərti ilə üzərinə 300 qram şəkər əlavə edin və qaynayana qədər qarışdırın.

  8. Sipop bal halında olmalıdır.

  9. Kənara qoyub soyumasını gözləyin.

     


  10. Yumurta ağını bərkiyənə qədər mikserlə çalın, limon duzu əlavə edib bərkiyənə qədər çalmağa davam edin.

  11. Üzərinə isti siropu əlavə edin.

  12. Və bərkiyənə qədər mikserlə çalın.

  13. Mikserin sürətini azaldın və südlü-yağlı vanilli qarışığı əlavə edin.

  14. Bir kütlə alınanda sufleniz hazırdır.

     


  15. Tort hazırlayacağınız qaba korjun birini qoyun, üstünə suflenin yarısını tökün, 2-ci korju qoyun və qalan sufleni üstünə tökün.

  16. Soyuducuda 3-4 saat saxlayın ki, sufle bərkisin.

     


  17. Şokoladı 50 qram yağ ilə odda əridin və şokoladlı qlazuru tortun üstünə tökün və 30 dəqiqə soyucuda saxlayın.

  18. Qus südü tortu servisə hazırdır.



Nuş olsun!



Quş südü tortu

27 Kasım 2016 Pazar

Pryanikli şokoladlı-bananlı tort

Ərzaqlar


  • 500 qram şokoladlı pryanik

     


  • 500 qram xama

     


  • 3 banan

     


  • ¼ su stəkanı şəkər

     


  • Şokolad zövqə görə

     


  • 4 xörək q. kakao

Hazırlanması



  1. Şokoladlı pryanikləri 3 yerə bölün.

  2. Krem hazırlayın.

  3. Xama, kakao, şəkəri mikserlə şəkər tam həll olana qədər çalın.

  4.  Bananların qabığını təmizləyin və halqa formasında doğrayın.

  5. Tort hazırlayacağınız qaba pryanikləri 1 qat yığın.

  6. Boşluqları pryanik ovuntuları ilə doldurun.

  7. Üzərinə krem çəkin və banan düzün.

  8. Yenə krem çəkin və bu prosesi pryanik qurtaranacan təkrarlayın.

  9. Sonda üzərinə şokoladı sürtgəcdən keçirib səpin.

  10. Soyuducuda 24 saat saxlayın.



Nuş olsun!


Pryanikli şokoladlı-bananlı tort asan hazırlanan şirniyyatdır.



Pryanikli şokoladlı-bananlı tort

26 Kasım 2016 Cumartesi

Qara gavalılı, əncirli beze tortu

Ərzaqlar


  • 1 su stəkanı şəkər

     


  • 1 paket vanil

     


  • 1 çimdik duz

     


  • 1 çay q. duru yağ

     


  • 200 qram kərə yağı

     


  • 1 banka bişmiş süd

     


  • 70 qram qara gavalı

     


  • 70 qram quru əncir

     


  • 2 xörək q. doğranmış fındıq

     


  • 50 qram şokolad

     


  • 4 yumurtav

Hazırlanması



  1. Beze hazırlamaq üçün yumurta otaq temperaturunda olmalıdır.

  2. Yumurtanın ağını sarısəından ayırın.

  3. Sarıları bizə laım olmayacaq.

  4. Mikserlə yavaş sürətlə yumurta ağlarını çalın.

  5. Ağ köpük formaya düşəndə bir çimdik duz, şəkər tozu və vanil qatın və çalmağa davam edin.

  6. Şəkər həll olduqda çalmağı saxlayın.

  7. Alınmış bize xəmirini iki hissəyə bölün.

  8. Dairə formasında olan soba qabına yağlı kağız qoyun və bize korjlarını əvvəlcədən isidilmiş 100-110 dərəcəli sobada 40 dəqiqədən 1 saat 10 dəqiqəyə qədər növbə ilə bişirin.

  9. Bişmə vaxtı sobadan və korjun qalınlığından asılıdır.

  10. Qara gavalı və əncir qurusunu yuyun və qaynar su töküb 1q-1,5 saat saxlayın.

  11. Sonra suyunu süzün və blendrdə xırdalayın.

     


  12. Kremi hazırlayın.

  13. Kərə yağı və bişmiş südü mikserlə çalın.

  14. Üzərinə xırdalanmış quru meyvəni əlavə edin.

  15. Bezeli korjlara krem çəkin və üst-üstə qoyun.

  16. Kənarlarını da kremləyin.

  17. Üstünü şokolad ilə bəzəyə bilərsiniz.



Nuş olsun!


Qara gavalılı, əncirli beze tortu çətin hazırlanan şirniyyatdır.



Qara gavalılı, əncirli beze tortu

25 Kasım 2016 Cuma

Meyvəli tort-jele

Ərzaqlar


  • 2 kq təzə meyvə

     


  • 30 qram jelatin

     


  • 2 dənə meyvə jelesi

     


  • Şəkər zövqə görə

     


  • ¼ çay q. qida boyayıcı

Hazırlanması



  1. Jelatin və meyvə jelesini üzərində yazıldığı qədər su ilə isladın və şişməyini gözləyin.

  2. Qazana 2 litr su tökün, üstünə şişmiş jelatin və jeleni, şəkər zövqə görə,  qida boyayıcı əlavə edin və qaynayana qədər gözləyin.

  3. Qaynamamalıdır.

  4. Otaq temperaturunda soyudun.

     


  5. Meyvələri yuyun, qurudun, və dilim formasında doğrayın.

  6. Tort-jele hazırlayacağınız qaba yanları hndür olmaq şərti ilə bir qat 1 neçə qaşıq jele tökün. (təxminən 1 sm qalınlığında)

  7. 10 dəqiqə buz dolabında saxlayın.

  8. Donmuş jelenin üstnə meyvələrdə 1 qat düzün.

  9. Yenə üstünə jelü tökün və buz dolabına qoyun.

  10. Bu prosesi bütün meyvələrin üstü jele ilə tutulanadək davam edin.

  11. 1 neçə saat soyuducuda saxlayın.

  12. Servis etməzdən əvvəl qabı qaynar suya salıb çıxardın və tez nimçəyə əyib boşaldın.



Nuş olsun!


Meyvəli tort-jele şirniyyatı həm meyvə, həm də şirniyyat sevənlərin seçimidir.



Meyvəli tort-jele

24 Kasım 2016 Perşembe

Marçipanlı kartof formalı pirojnalar

Ərzaqlar


  • 200 qram marçipan 

  • 100 qram şəkər tozu

  • 1 xörək q. kakao tozu

Hazırlanması



  1. Şəkər tozunu marçipan ilə qarışdırın və əllə xırda hissələr götürün və kartof formalı şariklər hazırlayın.

  2. Təxminən 40 dənə alınmalıdır.

  3. Sonra kakao tozunu şariklərin hər tərəfinə səpin.

  4. Pirojnalar servisə hazırdır.



Nuş olsun!


Marçipanlı kartof formalı pirojnalar asan hazırlanan şirniyyatdır.



Marçipanlı kartof formalı pirojnalar

23 Kasım 2016 Çarşamba

Labne pendirli, meyvəli şirniyyat

Ərzaqlar


  • 5 yumurta

     


  • 10 yemək qaşığı toz şəkər

     


  • 10 yemək qaşığı un

     


  • 1 paket vanil

     


  • 1 paket qabartma tozu

     


  • 1 rəndəlnmiş limon qabığı

     


  • yarım limon suyu

     


  • Kremi üçün :

     


  • 1 litr süd

     


  • 3 yemək qaşığı un

     


  • 2 yemək qaşığı nişasta

     


  • 1 su stəkanı şəkər tozu

     


  • 1 paket vanil

     


  • 200 gr labne pendiri

     


  • Araları üçün banan və şaftalı dilimləri

Hazırlanması



  1. Sobanı 180 dərəcədə isidin.

  2. Yumurta və şəkəri qabarana qədər qarışdırın.

  3. İçinə limon qabığı və limon və limon suyunu əlavə edin.

  4. Un,vanil və qabartma tozunu ələyib yavaşca qarıştırın.

  5. Yağlanmış soba qabına boşaldıb sobaya qoyun.

  6. 45 dəqiqə bişirin (kürdanla yoxlayın) Kremi üçün süd, un, nişasta və şəkəri bir qazana töküb ocaqda bişirin.

  7. 2-3 dəqiqə qaynayanda ocaqdan alıb içinə vanili əlavə edin.

  8. Tamam soyuması üçün bir kənarda saxlayın.

  9. Kreminin içinə labneni əlavə edib mikserlə 5-7 dəqiqə qarışdırın.

  10. Bişən keksi ortadan ikiyə kəsin.

  11. Bir parçanı servis boşqabına qoyub üzərinə meyvələri yerləşdirin.

  12. Meyvələrin üzərini krem ilə örtüb digər keks parçasını üzərinə örtün.

  13. Qalan krem ilə tortu örtüb bu şəkildə 3-5 saat saxlayın.

  14. Servis etmədən öncə üzərini meyvələr ilə bəzəyin.



Nuş olsun!


Labne pendirli, meyvəli şirniyyat hər mövsümə uyğun şirniyyatdır.



Labne pendirli, meyvəli şirniyyat

22 Kasım 2016 Salı

Krem karamel

Ərzaqlar


  • Muhallebi üçün:

     


  • 1  litr süd

     


  • 1 su stəkanı şəkər

     


  • 3 yemək qaşığı  un

     


  • 3  yemək qaşığı nişasta

     


  • 2 paket vanil

     


  • 1 yemək qaşığı marqarin (arzuya görə)

     


  • Karameli üçün:

     


  • 1 su stəkanı şəkər

Hazırlanması



  1. ilk olaraq karameli hazırlamaq üçün şəkəri uyğun bir qaba qoyub ocağın üzərinə qoyuruq, şəkər əriyənə qədər qaynadırıq.

  2. Karamelimizi istədiyiniz kasa və ya fincanlara paylaşdırıb muhallebini hazırlamağa keçirin.

  3.  Muhallebi ərzaqlarının hamısını bir qazana boşaldın qarışdıraraq tündləşənə qədər qaynadırıq sonra ocaqdan götürürük.

  4. Bişən mahallebini  kasalara boşaldıb soyumağa qoyuruq.

  5. Servis etmədən əvvəl karemelin hamısının axmasını istəsək kasaları 2-3 dəqiqə qədər qaynar suya qoyub servis boşqabına tərs çeviririk.



Nuş olsun!


Krem karamel şirniyyatı asan hazırlanan şirniyyatdır.


 



Krem karamel

21 Kasım 2016 Pazartesi

Köhnə reseptlə Praqa totu

Ərzaqlar


  • 1,5 su stəkanı un

     


  • 2 su stəkanı şəkər

     


  • 6 xörək q. 20%-li xama

     


  • 6 xörək q. bişmiş süd

     


  • 1 paket qabartma tozu

     


  • 7 xörək q. kakao

     


  • 300 qram kərə yağı

     


  • 0,6  litr süd

     


  • 4 xörək q. mannı yarması

     


  • 1 paket vanil

     


  • 25 dənə qoz ləpəsi

     


  • 2 yumurta

Hazırlanması



  1. Yumurta və 1 su stəkanı şəkəri mikserlə çalın.

  2. Üzərinə bişmiş süd, 4 xörək q. kakao və qabartma tozu ilə  qarışdırılmış unu əavə edin.

  3. Alınmış kütləni 2 hissəyə bölün.

  4. Soba qabına (yumru formada) yağlı kağız qoyun.

  5. Əvvəlcədən isidilmiş 130-140 dərəcəli sopbada 30-40 dəqiqə bişirin.

  6. Diş çöpü ilə xəmirin bişib-bişmədiyini yoxlayın.

  7. Kremi hazırlayın.

  8. 3-4 xörək q. mannı yarması, 05, litr süd və yarım stəkan şəkər ilə birlikdə odda sıyıq böşirin. Sıyıq qatı olmalıdır.

  9. Soyuducuya qoyub soyumasını gözləyin.

  10. 200 qram kərə yağını vanillə çalın, üzərinə sıyığı hissə-hissə töküb çalmağa davam edin.

  11. Kreminiz hazırdır.

  12. Korjları 2 hissəyə bölün və hər korja krem çəkin və kremin üstünə doğranmış qoz ləpəsi səpin.

  13. Üst qata krem çəkməyin.

  14. Qlazur hazırlamaq üçün bir qabda 100 qram kərə yağına 8 xörək q. şəkər, 2 xörək q. süd və 2 xörək q. kakao ilə qarışdırın və 5 dəqiqə odda bişirin.

  15. Isti halda tortun üstünə tökün.



Nuş olsun!


Köhnə reseptlə Praqa totu çətin hazırlanan şirniyyatdır.



Köhnə reseptlə Praqa totu

20 Kasım 2016 Pazar

Kəsmikli-albalılı baraun

Ərzaqlar


  • 120 qram kərə yağı

     


  • 100 qram tünd şokolad

     


  • 150 qram şəkər

     


  • 4 yumurta

     


  • 150 qram un

     


  • 300 qram yumşaq xama

     


  • 1 çay q. qabartma tozu

     


  • 1 çay q. vanil

     


  • 1 çimdik duz

     


  • 400 qram dondurulmuş albalı

Hazırlanması



  1. Şokoladı əllə xırda hissələrə bölün və yağ ilə su vannasında odda əridin.

  2. 2 yumurta 50 qram şəkərlə mikserlə çalın, duz və vanil əlavə edin.

  3. Bu qarışıqları birləşdirin və qabartma tozunu ilə qarışdırılmış unu əlavə edin.

  4. Mikserlə aşağı sürətlə çalın.

  5. Xəmiriniz hazırdır.

  6. Soba qabını (yanları hündür olmalıdır, təxminən diametri 15 sm) yağlayın.

  7. Xəmirin 1/3 hissəsini qaba töküb hamarlayın.

  8. Xamalı qarışığın yarısını xəmirin üstünə tökün və tumu təmizlənmiş albalının yarısını üstünə əlavə edin.

  9. Bu prosesi təkrarlayın.

  10. Üst qatda xəmir olmalıdır.

  11. Əvvəlcədən isdilmiş 180 dərəcəli sobada 40-50  dəqiqə bişirin.

  12. Hazır olub-olmadığını taxta çöp ilə yoxlayın.



Nuş olsun!


Kəsmikli-albalılı baraun şirniyyatı həm meyvə, həm də şirniyyat sevənlərin seçimidir.



Kəsmikli-albalılı baraun

19 Kasım 2016 Cumartesi

Gürcü paxlavası

Ərzaqlar


  • 200 qram kərə yağı

     


  • 0,5  su stəkanı şəkər

     


  • 0,5 su stəkanı xama

     


  • 3 yumurta sarısı

     


  • 5 yumurta ağı

     


  • 3 su stəkanı un

     


  • 1 paket qabartma tozu

     


  • 400 qram qoz ləpəsi

     


  • 1 xörək q. hil

     


  • Şəkər tozu zövqə görə

     


  • Iç üçün:

     


  • 1,5 su stəkanı şəkər

     


  • Üzərinə:

     


  • 2 yumurta sarısı

Hazırlanması



  1. Unu qabartma ilə qarışdırın.

  2. Yağ və 3 yumurta sarısı, xama əlavə edin və xəmir hazırlayın.

  3. 20 dəqiqə sobada saxlayın və 2 hissəyə bölün.

  4. Iç hazırlamaq üçün qozu xırda doğrayın.

  5. Yumurta ağını bərkiyənə qədər mikserlə çalın, şəkər əlavə edin və qozla qarışdırın.

  6. Soba qabını yağlayın.

  7. Xəmiri qaba yayın, üstünə içi çəkin və o biri kündəni də yayıb üstünə qoyun.

  8. Üzərinə çalınmış yumurta sarısı çəkin.

  9. Kvadrat formada qabın içində doğrayın.

  10. Əvvəlcədən isdilmiş 190 dərəcəli sobada 35 dəqiqə bişirin.

  11. Hazır olduqda üstünə hil və şəkər tozu səpin.



Nuş olsun!


Gürcü paxlavası paxlava sevənlərin əsl ağız dadına uyğun şirniyyatdır.



Gürcü paxlavası

18 Kasım 2016 Cuma

Dondurulmuş mokko deserti

Ərzaqlar


  • 396 qram bişmiş süd

     


  • 2 su stəkanı 33-35%-li qaymaq

     


  • 1 paket vanil

     


  • 1 xörək q. su

     


  • 2 xörək q. üyüdülmüş kofe

     


  • 6 xörək q. şokolad şirəsi

     


  • 3 xörək q. kərə yağı

     


  • 226 qram yağlı pendir (maskorponi də ola bilər)

     


  • 20 ədəd şokoladlı peçenye

Hazırlanması



  1. Dördkünc qab götürün və içinə qida kağızı qoyun.

  2. Peçenyeləri ovaraq yağla qarışdıırın.

  3. Qaba töküb hamarlayın.

  4. Yağlı pendiri mikserlə çalın.

  5. Bişmiş süd və vanil əlavə edin.

  6. Qaymağı da başqa qabda mikserlə çalın və bişmiş südlü yağlı pendirə əlavə edin.

  7. Bu qarışığı 2 hissəyə bölün.

  8. Kofeni 1 xörək q. qaynar suda qarışdırın və 2 hissəyə böldüyünüz qarışığın birinə qatıb qarışdıırn.

  9. Peçenyenin üstünə əvvəlcə kofeli qarışıqdan, sonra  şokolad siropundan töküb qarışdırın.

  10. Sonra növbə ilə ağ qarışıqdan, kofeli qarışıqdan və üstündən şokolad şirəsindən tökün.

  11. 6 saat soyuducuda saxlayın.

  12. Deserti serviz edəndə qaynar suda isladılmış piçaq ilə kəsin



Nuş olsun!


Dondurulmuş mokko deserti çox dadlı şirniyyatdır.



Dondurulmuş mokko deserti

16 Kasım 2016 Çarşamba

Böyürtkənli püstəli kofeli keks

Ərzaqlar


  • 250 qram 15%-li xama

     


  • 200 qram kərə yağı

     


  • 3 yumurta

     


  • 2 su stəkanı qəhvəyi şəkər

     


  • 300 qram un

     


  • 1 xörək q. üyüdülmüş püstə

     


  • 4 xörək q. üyudulmüş kofe

     


  • Duz zövqə görə

     


  • 1 paket qabartma

     


  • 200 qram böyürtkan giləmeyvəsi

Hazırlanması



  1. Unu duz, qabartma tozu və üyüdülmüş püstə ilə qarışdıırn.

  2. Başqa bir stəkanda 2 xörək q. kofeyə 3 xörək q. qaynar su tökün və soyumağa qoyun.

     


  3. Yumşalmış kərə yağını 1 stəkan qəhvəyi şəkər ilə mikserlə çalın.

  4. Qalan yumurtaları da əlavə edin və mikseri söndürmədən dəmlənmiş kofe və xamanı da qarışığa qatın.

  5. Un, 100-150 qram böyürtkan giləmeyvəsi əlavə edin və qarışdırın.

  6. Dairə formasında olan soba qabına yağlı kağız qoyun.

  7. Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 40 dəqiqə bişirin.

  8. Diş çöpü ilə bişməyini yoxlayın.

  9. Siropu hazırlayın.

  10. Bir qabda 1 su stəkanı qaynar su,  qalan şəkər və 2-3 xörək q. kofeni odda şəkər əriyənə qədər  qarışdırın.

  11. Bişmiş keksi qabdan çıxartmadan  diş çöpü və ya taxta çubuq ilə çoxlu deşiklər açın və siropu üstünə tökün.

  12. 5 dəqiqə yenə sobada bişirin.

  13. Hazır olduqda soyuduqdan sonra üstünə böyütkan düzün və şəkər tozu səpin.



Nuş olsun!


Böyürtkənli püstəli kofeli keks çox ləzzətli şirniyyatdır.



Böyürtkənli püstəli kofeli keks

14 Kasım 2016 Pazartesi

Bananlı-şokoladlı çizkeyk-braun

Ərzaqlar


  • 3 yumurta

     


  • 150 qram şokolad

     


  • 80 qram kərə yağı

     


  • 1 xörək q. kakao

     


  • 3 xörək q. şəkər

     


  • 100 qram kəsmik

     


  • 1 ədəd banan

     


  • 3 xörək q. un

Hazırlanması



  1. Şokolad və kərə yağını su vannasında qaynayana qədər əridin.

  2. Kakaonu una qatın.

  3. 2 yumurtanı 2 xörək q. şəkər ilə ağaranadək çalın.

  4. Üzərinə un və şokoladlı qarışığı əlavə edin və qarışdırın.

  5. Alt qat xəmiri hazırdır.

     


  6. Bananın qabığını təmizləyin və ona kəsmik,  1 yumurta, 1 xörək q. şəkər qatıb, yaxşı qarışdırın.

  7. Soba qabını yağlayın.

  8. Şokoladlı xəmiri qaba tökün.

  9. Üstünə kəsmikli-bananlı kütləni əlavə edin.

  10. Çəngəl ilə üstündəki kütləni qarışdırın ki, bişəndə qəşəng forma alsın.

  11. Əvvəlcədən isdilmiş 180 dərəcəli sobada 30 dəqiqə bişirin.



Nuş olsun!


Bananlı-şokoladlı çizkeyk-braun asan hazırlanan şirniyyatdır.



Bananlı-şokoladlı çizkeyk-braun

13 Kasım 2016 Pazar

Bananlı kəsmikli desert

Ərzaqlar


  • 2 ədəd banan 

  • 3 xörək q. 15%-li xama 

  • 6 xörək q. şəkər 

  • 200 qram şokolad 

  • 4 xörək q. küncüt 

  • 1 çay q. vanil 

  • 1 xörək q. portağal qabığı 

  • 600 qram 5%-li kəsmik

Hazırlanması



  1. Kəsmik, şəkər, vanil və sürtgəcdən keçirilmiş portağal qabığını mikserlə çalın.

  2. Bu krem 2 banan üçün nəzərdə tutulub.

  3. Kremi 4 hissəyə bölün və düz qaba banan formasında yayın, üstünə qabığı təmizlənmiş banan qoyun və yenidən üstünə krem elə tökün ki, bananların hər tərəfi kremlə örtülsün.

  4. Şokoladı  su vannasında əridin və kəsmikli qarışıqlı bananların üstünə tökün.

  5. Üstünə xırdalanmış küncüt və ya sürtgəcdən keçirilmiş qoz səpin.

  6. Soyuducuya qoyub soyumasını gözləyin.

  7. Banan ətirli belə desertlə səhər isti çay içmək insanın bütün gün əhvalını yüksək edir.



Nuş olsun!


Bananlı kəsmikli desert şirniyyatı həm meyvə, həm də şirniyyat sevənlərin seçimidir.



Bananlı kəsmikli desert

12 Kasım 2016 Cumartesi

Bananlı karamelli desert

Ərzaqlar


  • 2 ədəd banan

     


  • Karamel şirəsi zövqə görə

     


  • 250 qram qaymaq

     


  • 10 ədəd peçenye

     


  • 2/3 su stəkanı şəkər

     


  • ¼ su stəkanı nişasta

     


  • ½ çay q. duz

     


  • 3 su stəkanı süd

     


  • 2 yumurta

     


  • 2 xörək q. kərə yağı

     


  • 1 xörək q. vanil

Hazırlanması



  1. Bir qazan götürün.

  2. Şəkər, duz, nişasta və südü əlavə edib oda qoyun.

  3. Bərkiyənə qədər qarışdırın.

  4. 2 yumurtanı mikserlə çalın və qarışığa əlavə edin.

  5. Qaynayan kimi oddan götürün, kərə yağı və vanil qatın.

  6. Qaymağı mikserlə çalın.

  7. Soyuducuya qoyun.

     


  8. Desert hazırlamaq üçün forma qabları  götürün.

  9. Peçenyeni ovun və qablara töküb hamarlayın.

  10. Üzərinə bərkimiş kremdən, halqa formasında kəsilmiş banan dilimi və çalınmış qaymaq qoyun.

  11. Qaymağın üstünə peçenye ovuntusu qoyun və karamel tökün.

  12. Bu prosesi bir də təkrarlayın.

  13. Banan dilimləri ilə bəzəyin.

  14. Bir az soyuducuda bərkiməyini gözləyin.



Nuş olsun!


Bananlı karamelli desert şirniyyatı həm meyvə, həm də desert sevənlərin seçimidir.



Bananlı karamelli desert

10 Kasım 2016 Perşembe

Almalı asan pay

Ərzaqlar


  • 5 ədəd qırmızı alma

     


  • 6 yemək qaşığı şəkər tozu

     


  • 1 yemək qaşığı darçın

     


  • Qoz və ya fındıq

     


  • 6 yarpaq paxlavalıq yuxa

     


  • İstəyə görə quru üzüm

     


  • 1 yemək qaşığı kərəyağı

Hazırlanması



  1. Almaları soyub kvadrat şəklində doğrayaq, qazana qoyub üzərinə şəkəri əlavə edib bişməyə qoyaq.

  2. Kərəyağımızı əridək soba qabına 1 qat yuxa yerləşdirib ərimiş kərəyağından az az səpək.

  3. Bu şəkildə üç qat tamamlayaq.

  4. Daha sonra bişən almaların üzərinə darçını  töküb qarışdırıb yuxaların üzərinə tökək, üzərinə qoz  və ya fındığı əlavə edək, eyni şəkildə 3 qat yenə yuxa qoyaq.

  5. Ən üstdəki yuxanın üzərini fırça ilə yağlayaq 180° isidilmiş sobada üzəri qızarana qədər bişirək “30 dəqiqə” .

  6. Çıxaranda pudra şəkəri töküb servis edək.



Nuş olsun!


Almalı asan pay çox ləzzətli şirniyyatdır.



Almalı asan pay

9 Kasım 2016 Çarşamba

Kremli almalı piroq

Ərzaqlar


  • 400 qram şəkər 

  • 1 kq alma 

  • 200 qram kərə yağı 

  • 5 yumurta 

  • 2 çay q. qabartma tozu 

  • 650 qram un 

  • 500 qram xama

Hazırlanması



  1. Kərə yağı 200 qram şəkər və  yumurtaları qarışdırın.

  2. Qabartma tozunu una qatıb qarışığa əlavə edin.

  3. Almaları yuyun, qabığını təmizləyin və tumlarını çıxardın.

  4. Nazik dilimlər formasında doğrayın.

  5. Soba qabını yağlayın və ya yağlı kağız qoyun.

  6. Xəmirin 2/3 hissəsəini qaba yayın.

  7. Üzərinə almaları düzün.

  8. Qalan xəmirdən hörüklər düzəldib piroqun üstünə düzün.

  9. Əvvəlcədən isdilmiş 180 dərəcəli sobada 30-35 dəqiqə bişirin.

  10. Krem hazırlamaq üçün xamanı 200 qram şəkər ilə çalın.

  11. Piroq bişdikdə isti-isti üstünə krem tökün.

  12. Soyuduqdan sonra hissələrə bölə bilərsiniz.



Nuş olsun!


Kremli almalı piroq şirniyyatı həm meyvə, həm də şirniyyat sevənlərin seçimidir.


 



Kremli almalı piroq

8 Kasım 2016 Salı

Zeytun yağlı, yaş şokolad piroqu

Ərzaqlar


  • 300 qram şokolad

     


  • 160 qram zeytun yağı

     


  • 200 qram şəkər

     


  • 4 yumurta

     


  • 120 qram un

     


  • 120 qram qoz ləpəsi

Hazırlanması



  1. Sobanı 160 dərəcə qızdırın.

  2. Şokoladı zeytun yağla birlikdə su vannasında əridin.

  3. Başqa qabda yumurtanı şəkər ilə çalın və şokolada əlavə edin.

  4. Unu doğranmış qoz ilə qarışdırın və yumurtalı şokolada əlavə edin.

     


  5. Soba qabına yağlı kağız qoyun və xəmiri ora tökün.

  6. 25-30 dəqiqə bişirin.

  7. Hazır olduqda soyuduqdan sonra soyuducuya qoyun.



Nuş olsun!


Zeytun yağlı, nəm  şokolad piroqu asan və tez hazırlanan şirniyyatdır.


 



Zeytun yağlı, yaş şokolad piroqu

7 Kasım 2016 Pazartesi

Zəncəfilli bananlı şirniyyat

Ərzaqlar


  • 200 qr qızılı şəkər 

  • 275 qr qat qat xəmir 

  • 1 sm zəncəfil çubuğu, təmizlənmiş və sürtgəcdən keçirilmiş 

  • 4 ədəd banan, nazik doğranmış 

  • 2 çay qaşığı süd

  • Vanilli dondurma

Hazırlanması



  1. Sobanı 220 dərəcəyə qədər qızdırın.

  2.  ilk öncə karamel sousunu hazırlayaq: qazanda şəkəri 60 ml suda əridin.

  3. Sonra 5-7 dəqiqə qızılı olana qədər qaynadın.

  4. Oddan götürün, o rəngini dəyişməyə davam edəcək.

  5. Xəmirdən 6 dairə götürün.

  6. Dərin soba qabına 1 çimdik zəncəfil səpin.

  7. Biraz karamel əlavə edin, üstə bananı və xəmirlə örtün.

  8. Üzərinə süd çəkn və 20 dəqiqə qaynadın.

  9.  Karamel isti olduğu müddətdə piroqu boşqaba çevirin.

  10. Dondurma ilə servis edə bilərsiniz.



Nuş olsun!


Zəncəfilli bananlı şirniyyat zəncəfilin xüsusi dad verdiyi şirniyyatdır.



Zəncəfilli bananlı şirniyyat

6 Kasım 2016 Pazar

Xurmacıq şirniyyatı

Ərzaqlar


  • Xəmiri üçün

  • 1 su stəkanı duru yağ 

  • 1 su stəkanı şəkər 

  • 1 su stəkanı qatıq 

  • 1 ədəd yumurta (ağı içinə, sarısı üzərinə ) 

  • 1 paket qabartma tozu 

  • 1 paket vanil 

  • Aldığı qədər Un 

  • Şərbəti üçün

  • 4 su stəkanı su 

  • 3 su stəkanı şəkər 

  • 3-4 damcı limon suyu

Hazırlanması



  1. Bütün duru ərzaqlar bir qabın içinə qoyulur.Qarışdırılır.

  2. Qarışımın içinə qabartma tozunu, vanili əlavə edirik.

  3. Yavaş yavaş unu əlavə edərək yoğurmağa davam edək.

  4. Qoz böyüklüyündə hissələrə ayırıb əlimizdə dairə formasını verib soba qabına düzək.

  5. Üzərinə yumurta sarısını sürtək.

  6. 175 dərəcəlik sobada üzəri qızarana qədər bişirin.

  7. Qurabiyələr bişərkən şərbəti hazırlayaq.

  8. 3-4 saat saxladıqdan sonra servis edə bilərsiniz.




Nuş olsun!


Xurmacıq şirniyyatı asan hazırlanan şirniyyatdır.



Xurmacıq şirniyyatı

5 Kasım 2016 Cumartesi

Vanilli çiyələkli piroq

Ərzaqlar


  • 150 qram kərə yağı 

  • 150 qram un 

  • 200 qram şəkər 

  • 1,5 qram şəkər tozu 

  • 1/2 çay q. qabartma tozu 

  • 4 yumurta 

  • 200 qram çiyələk 

  • 125 qram süd

Hazırlanması



  1. Kərə yağı, 150 qram şəkər və 3 yumurtanı çalın.

  2. Başqa baqda una vanil və qabartmanı qatıb qarışdırın.

  3. Bu kütlələri bir-birilə qarışdırın.

  4. Soba qabına yağlı kağız qoyun.

  5. Xəmiri qaba tökün.

  6. Çiyələyi 4 yerə bölün və xəmirin üstünə eyni bərabərdə tökün.

  7. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.

  8. O hazır olana qədər qalan şəkər, süd və yumurtanı çalın.

  9. 30 dəqidə tamam olduqda sobadan qabı çıxardın, üzərinə südlü mayeni tökün və yenidən sobada 25 dəqiqə bişirin.



Nuş olsun!


Vanilli çiyələkli piroq asan hazırlanan şirniyyatdır.



Vanilli çiyələkli piroq

4 Kasım 2016 Cuma

Tez hazırlanan kəsmikli desert

Ərzaqlar


  • 500 qram yumşaq kəsmik

     


  • 300 qram 10%-li xama

     


  • 30 qram jelatin

     


  • Şəkər zövqə görə

     


  • Meyvə mövsümə uyğun

Hazırlanması



  1. Xama və kəsmiyi yaxşı qarışdırın.

  2. Üzərinə şəkər və ya bal zövqə görə əlavə edin.

  3. Jelatini su ilə isladıb şişməyini gözləyin.

  4. Sonra aşağı odda qaynayana qədər qarışdırın.

  5. Jelatin suda tam həll olmalıdır.

  6. Jelatini kəsmikli-xamalı qarışığa əlavə edin və yaxşı qarışdırın.

  7. Desert hazırlayacağınız qaba giləmeyvəni düzün.

  8. Üstünə kəsmikli-xamalı qarışığı  əlavə edin və 1-2 saat soyuducuda saxlayın.

  9. Servis etdikdə üstünü giləmeyvə ilə bəzəyə bilərsiniz.



Nuş olsun!


Kəsmikli desert tez hazırlanan şirniyyatdır.



Tez hazırlanan kəsmikli desert

3 Kasım 2016 Perşembe

Stəkanda fındıq əzməli keks

Ərzaqlar


  • 1 çay stəkanı şəkər 

  •  1 ədəd yumurta 

  •  1 yemək qaşığı fındıq əzməsi 

  •  1 çay stəkanı süd 

  •  1/2 su stəkanı un 

  •  1 yemək qaşığı kakao 

  •  1 paket qabartma tozu 

  •  1 paket vanil 

  • Üzəri üçün; 

  • 1 paket tünd və ya südlü şokolad 

  • Döyülmüş fındıq


Hazırlanması


  1. qarışdırma qabına yumurta və şəkəri qoyub qarışdırırıq.

  2. Daha sonra süd, fındıq əzməsi və kakaounu əlavə edib təkrar qarışdırdıqdan sonra un, qabartma tozu və vanili əlavə edirik.

  3. Keks xəmirini yağladığımız stəkanların yarısına qədər bərabər miqdarda paylaşdırırıq.

  4. Bir qazana yarısına qədər su töküb stəkanları içinə qoyuruq.

  5. Qazanda su qaynayana qədər 20-25 dəqiqə saxlayırıq.

  6. Daha sonra stəkanları sudan götürüb soyuduruq.

  7. Üzərini əridilmiş şokolad və döyülmüş fındıqla bəzəyirik.



Nuş olsun!


Stəkanda fındıq əzməli keks asan hazırlanan şirniyyatdır.



Stəkanda fındıq əzməli keks

2 Kasım 2016 Çarşamba

Qaymaqlı kremli piroq

Ərzaqlar


  • 175 qram un

     


  • 75 qram kərə yağı

     


  • 40 qram şəkər tozu

     


  • 6 ədəd limon

     


  • 175 qram sarı şəkər

     


  • 7 yumurta

     


  • 200 qram 40 %-li qaymaq

     


  • 1 çimdik duz

Hazırlanması



  1. 1 yumurta götürün, ağını sarıdan ayırın.

  2. Ağını mikserlə çalın.

  3. Üzərinə şəkər tozu, kərə yağı, duz, yumurta sarısı və 1 xörək q. su əlavə edib xəmir hazırlayın.

  4. Bərk xəmir alınmalıdır.

  5. 30 dəqiqə soyuducuda saxlayın.

  6. Soba qabını yağlayın.

  7. Xəmiri nazik formada qaba yayın.

  8. Üzərinə çalınmış yumurta ağını yayın.

  9. Əvvəlcədən isidilmiş 200 dərəcəli sobada 20 dəqiqə bişirin.

  10. 6 limonun qabığını təmizləyin və şirəsini sıxın.

  11. Qalan yumurtanı, sarı şəkər ilə mikserlə bir kütlə alınana qədər çalın.

  12. Üzərinə limon şirəsini və sürtgəcdən keçirilmiş limon qabığını, qaymağı əlavə edin və yenidən çalın.

  13. Bişmiş xəmirin üstünə hər tərəfə yayılmaq şərti ilə tökün  və 180 dərəcə temperaturda 30 dəqiqə bişirin.

  14. Hazır olduqda üstünə şəkər tozu səpin.

  15. Süfrəyə xama ilə servis edə bilərsiniz.



Nuş olsun!


Qaymaqlı kremli piroq şirniyyatı qaymaq sevənlərin seçimidir.



Qaymaqlı kremli piroq

1 Kasım 2016 Salı

Portağal souslu tart keksi

Ərzaqlar


  • Keks üçün: 

  • 2 yumurta 

  • 1/2 su stəkanından biraz çox şəkər (3/4 su stəkanı) 

  • 1 çay stəkanı süd 

  • 1 çay stəkanı duru yağ 

  • 1, 5 su stəkanından biraz az un ( 1+1/4 su stəkanı) 

  • 1 paket qabartma tozu 

  • 1 portağal qabığı rəndəsi 

  • Portağal Sousu üçün: 

  • 3 su stəkanı təzə sıxılmış portağal suyu 

  • 3 dolu yemək qaşığı nişasta 

  • Toz şəkər 

  • Üstü üçün: 

  • şokolad çubuqları 

  • Portağal dilimi istifadə edə bilərsiniz.

Hazırlanması



  1. Keks üçün

  2. Yumurta və şəkər qarışdırılır, əvvəlcə durular sonra qatı ərzaqlar əlavə edilib son dəfə qarışdırılır

  3. Qarışım tart qabına tökülür əvvəlcədən isidilmiş 175 dərəcədə sobada 20 dəqiqəyə qədər bişirilir.

  4. Bişəndə soyumağa qoyulur. 

  5. Portağal sousu

  6. 3 su stəkanı təzə sıxılmış və süzülmüş portağal suyu bir qazana qoyulur, nişastanı əlavə edib qarışdırılır, damaq dadına görə şəkər əlavə edilir və qarışdırılaraq krem olana qədər bişirilir.

  7. Soyuyanda üzərnə şokolad çubuqları qoyulub bəzədilir.

  8. Servisə hazırdır.



Nuş olsun!


Portağal souslu tart keksinə portağal xüsusi dad verəcək.



Portağal souslu tart keksi