
Ərzaqlar
- 200 qr. Kərə yağı
- 3/4 su stəkanı şəkər
- 1 yumurta
- 1 paket vanel
- 1 paket qabartma tozu
- 340 qram un
- 4 xörək qaşığı qarğıdalı nişastası
- Vişnəli içlik:
- 2 banka tumsuz öz şirəsində albalı
Hazırlanması
- Qeyd olunmuş ərzaqları qarışdırın.
- Hazır xəmirin 3/4 hissəsini soyuducuya, 1/4 hissəsini buz dolabına qoyun.
- Vişnəni şirədən ayırın.
- 1/2 stəkan şirəni 4 xörək qaşığı qarğıdalı nişastası ilə qarışdırın.
- Qalan şirəni hər hansı bir qabda odun üstündə qaynayana qədər qarışdırın, qaynayanda nişasta ilə qarışdırılmış şirəni əlavə edib bərk halını alana qədər qarışdırın.
- Sonra oddan götürüb bir az soyuduqdan sonra albalıları əlavə edin.
- Ölçüsü 26 sm olan qab götürün.
- Soyuducuda olan xəmiri qaba yerləşdirin hazırladığınız albalılı içliyi üzərinə əlavə edin.
- Sonra buz dolabında olan xəmiri sürtgəcdən keçirib üzərinə əlavə edin.
- Sobanı 180C-dək qızdırın. 40-50 dəqiqə bişirin.
- Sobadan çıxartdıqdan sonra bir qədər soyumasını gözləyin və üzərinə şəkər kirşanı əlavə edin.
Nuş olsun!
Albalılı tort şirniyyatı hər fəsil üçün ləzzətli şirniyyatdır.
Albalılı tort
Hiç yorum yok:
Yorum Gönder