
Ərzaqlar
- 3 yumurta
- 1 su stəkanı şəkər tozu
- 1 çay stəkanı süd
- 1 su stəkanı duru yağ
- 1 çay stəkanı qatıq
- 1 paket vanil
- 1 paket qabartma tozu
- 2, 5 su stəkanı un
- 1 su stəkanı damla şokolad
Hazırlanması
- Dərin bir qarışdırma qabına yumurta və şəkəri qoyub 3 dəqiqə qarışdırın.
- Süd, duru yağ və qatığı əlavə edib təkrar çırpın.
- Un, vanil və qabartma tozu əlavə edib son dəfə çırpın.
- Şokolad dənəciklərini də əlavə edib qaşıq köməyiylə qarışdırıb Silikon muffin qəliblərinə yarım olacaq şəkildə paylaşdırın.
- Qəliblərə tökdükdən sonra üzərilərinə şokolad dənəcikləri səpin.
- 180°c isidilmiş sobada 25 dəqiqə bişirin.
- Soyuduqdan sonra qəliblərdən çıxarıb servis edə bilərsiniz.
Nuş olsun!
Şokolad dənəcikli muffin şirniyyatı həm meyvə, həm də şirniyyat sevənlərin seçimidir.
Şokolad dənəcikli muffin
Hiç yorum yok:
Yorum Gönder