
Ərzaqlar
- 500 qr. Dondurulmuş Vişnə
- 1, 5 paket duzsuz qızardılmış çörək dilimi
- 3 su stəkanı su
- 2, 5 su stəkanı şəkər tozu
- 1/2 paket krem şanti
- 1/2 su stəkanı süd
- 1 ədəd banan
Hazırlanması
- Vişnənin çəyirdəklərini çıxarıb qazana qoyun, şəkər və suyu əlavə edib qaynamağa qoyun.
- 5 dəqiqəyə qədər qaynadın.
- Orta ölçüdə bir boşqaba çörək dilimlərini düzün.
- Üzərinə vişnəli sudan dənələriylə birgə isti ikən tökün.
- Üzərinə bir sıra yenə çörək düzün.
- Qalan şərbəti də üzərinə gəzdirin.
- Bananları dairə şəklində kəsib üzərinə əlavə edin.
- Krem şantini südlə çırpın və bananların üzərinə bəzəyin.
- 2 saat saxladıqdan sora servis edin.
Nuş olsun!
Vişnəli yalançı çörək asan hazırlanan şirniyyatdır.
Vişnəli yalançı çörək şirniyyatı
Hiç yorum yok:
Yorum Gönder