
Ərzaqlar
- 1 ədəd kakaolu hazır keks
- 1 qutu krem şanti
- 1 paket vanilli kremole (çırpılaraq hazırlanan hazır puding)
- 2 ədəd banan
- 1 paket negro peçenye
- 1 ədəd üçü biryerdə qəhvə
- Krem üçün süd
- Üzəri üçün meşə meyvəli sous
Hazırlanması
- Keksi 8 bərabər hissəyə kəsin.
- Parçalardan biri kvadrat formada doğranılır.
- Krem şanti 1 su stəkanı soyuq süd ilə çırpılır.
- Eyni qabın içinə 2 su stəkanı soyuq süd əlavə edilir və kremole əlavə edilərək çırpmağa davam edilir.
- Əmələ gələn kremə doğranmış banan və 3-5 hissəyə qırılmış neqro peçenyelər və də kvadrat kvadrat doğranmış kekslər əlavə edilir.qarışdırılır.
- Keks servis boşqabına qoyulur.
- Süd ilə qarışdırılmış qəhvə ilə isladılır.
- Ortasına tam olacaq kənarda boşluq buraxaraq kremlə doldurulur.
- Bu kremin üzərinə üçbucaq haldaki kekslərimiz qəhvə ilə isladaraq yan yana düzülür.
- Çox sıxmayın.
- Ücbucaqlar aşağı hissədə birləşdirilir lakin təpə hissəsi aralı qalmalıdır.
- Meşə meyvəli sous reseptə görə bişirilib soyudulur.
- Və tortun üzərinə tökülür.
Nuş olsun!
Yanardağ tortu görünüşü və dadı ilə seçilən şirniyyatlardandır.
Yanardağ tortu
Hiç yorum yok:
Yorum Gönder