
Ərzaqlar
- Xəmir üçün;
- 1 yumurta
- 200 qram şəkər
- 50 qram kakao
- 400 qram un
- 250 qram kərəyağ
- 1 paket vanil
- 1 paket qabartma tozu
- içi üçün;
- 5 yumurta
- 750 qram labne pendiri
- 375 qram şəkər
- 375 qram kərəyağ
- 2 paket vanil puding tozu
- vanil aroması
- üzəri üçün:
- şokolad dilimləri
- böyürtkən
- çiyələk
Hazırlanması
- Yumurtaların ağını sarısından ayırırıq.
- Ağını mikserlə çırpıb qar kimi ağ köpük yaranan qədər davam edirik.
- Ayrı bir qapda yumurtanın sarılarını və qalan ərzaqları mikserlə çırpırıq, sonra bu ərzağa ayrı qabda köpük yaratdığımız yumurta ağlarının əlavə edirik və taxta qaşıqla qarışdırırıq.
- Çırpmırıq ki köpüklər itməsin.
- Sonra qəlibimizi kərəyağı ilə yağlayıb xəmirimizin yarısını altına və kənarlarına yayırıq.
- Üzərinə iç üçün hazırladığımızı əlavə edirik və sonra qalan xəmirimizi ən üstə xırdalayıb tökürük.
- Əvvəlcədən 175 dərəcədə isidilmiş sobada 55 dəqiqə bişiririk.
- Sobadan çıxardıqdan sonra üzərini təbii meyvələrlə bəzəyirik.
Nuş olsun!
Ürək şəkilli rus tortu asan hazırlanan şirniyyatdır.
Ürək şəkilli rus tortu
Hiç yorum yok:
Yorum Gönder