
Ərzaqlar
- 5 ədəd yumurta
- 1 su stəkanı qədər duruyağ
- 1.5 su stəkanı qədər şəkər
- 10 yemək qaşığı un
- 5 yemək qaşığı irmik
- 1 paket vanil və qabartma tozu
- Şərbəti:
- 6yemək qaşığı şəkər tozu
- 5 su stəkanı soyuq süd
- 2 paket krem(400 ml)
- Üzəri üçün :
- şokolad sousu
Hazırlanması
- Şokoladlı triliçe şirniyyatı üçün əvvəlcə keksimizi hazırlayaq.
- Yumurtaları dərin bir qaba qırdıqdan sonra, içinə şəkər əlavə edib mikserlə çalaq.
- Daha sonra duruyağı əlavə edək.
- İrmik, qabartma tozu, vanil və son olaraq un əlavə edərək qarışdıraq.
- Bu keks ərzaqlarını dördbucaq bir qaba tökərək öncədən isitdiyimiz 200 dərəcəlik sobaya qoyaq.
- Keks bişdikdən sonra soyumağa qoyaq.
- Bu arada şərbətini hazırlamaq üçün şəkər, soyuq süd və kremi dərin qaba qoyaraq 10 dəqiqəyə qədər mikserlə çırpaq.
- Keks soyuyanda şərbəti üzərinə tökək.
- Sonra hazır şokolad sousunu üzərinə yayaraq hazırlayaq.
- Dilimləyərək servis edə bilərsiniz.
Nuş olsun!
Şokoladlı triliçe şirniyyatı şokoladla keksin biləşdiyi əla daddır.
Şokoladlı triliçe
Hiç yorum yok:
Yorum Gönder