
Ərzaqlar
- 125 gr (1 + 1/4 su stəkanı) blenderda çəkilmiş peçenye)
- 25 gr (1/4 su stəkanı) toz fındıq (fındığı blenderda toz halına gətirə bilərsiniz)
- 45 gr (3 yemək qaşığı) ərimiş kərəyağ
- 750 gr krem pendir (labne pendiri istifadə edə bilərsiniz) (otaq temperaturunda)
- 150 gr (3/4 su stəkanı) toz şəkər
- 3 yumurta (otaq temperaturunda)
- 180 gr (3/4 su stəkanı) krem (içinə 2 yemək qaşığı limon suyu əlavə edilmiş) (otaq temperaturunda)
- 2 yemək qaşığı vanil
- 225 gr ağ şokolad (kiçik kiçik parçalanmış) (otaq temperaturunda)
- Üzəri üçün;
- Çiyələk
Hazırlanması
- Sobanızı 150 dərəcədə isidin.
- Keks qabınıza yağlı kağız kəsib yerləşdirin.
- Blenderda peçenye və fındığı toz halına gələnə qədər çəkin.
- Kərəyağını əridin və toz peçenyeni fındıq qarışımına əlavə edin.
- Qarışdırın. Qaba tökün və yayın.
- Istiyə dözümlü bir qabda kiçik parçalanmış ağ şokoladı əridin.
- əritdikdən sonra ilıq olması üçün 5 dəqiqə saxlayın.
- Qabda krem pendir və şəkəri 2 dəqiqə çalın.
- Çalmağa davam edərkən yumurtaları yək tək əlavə edin.
- Vanili, limon suyu əlavə edilmiş kremi də qatın.
- Sonda ağ şokoladı əlavə edin və sadəcə qarışana qədər çalın.
- Qaba tökün və sobaya qoyun.
- Sobada 60 dəqiqə bişəcək.
- Sobanın qapağını açırıq; əlimizlə qabı yüngül silkələyirik.
- Çox silkələnirsə hələ orta hissəsi bişməyib deməkdir.
- Pişməyibsə biraz daha qalmalıdır.
- Sobadan çıxarandan sonra soyumağa qoyun.
- Üzərini çiyələk dilimləriylə bəzəyin.
Nuş olsun!
Ağ şokoladlı cheesecake çətin hazırlanan şirniyyatdır.
Ağ şokoladlı cheesecake
Hiç yorum yok:
Yorum Gönder