
Ərzaqlar
- 220 qram Un
- 1 ədəd yumurtanın Sarısı
- 100 qram Şəkər
- 1 ədəd Limon
- 75 qram Marqarin ya da kərə Yağı
- 250 qram Doğranmış ərik
- Marmalad
- Yarım Çay stəkanı Süd
- Az Miqdarda duz
Hazırlanması
- Bir qabın içərisinə unu ələyin və ortasını açın.
- Xəmirin içərisinə şəkər, yumurta sarısı, yarım limonun rəndələnmiş qabığı, yağ, süd və duzu əlavə edib yoğurun.
- Xəmir yumşaq olana qədər yoğurun.
- Xəmirin bir hissəsini götürüb soyuducuya qoyun və donmasını gözləyin.
- qalan xəmiri isə soyuducuya qoyun. Xəmirin bir saat soyuducuda qalması vacibdir.
- Marmaladı ya da doğradığınız ərikləri bir qazanın içərisinə qoyun.
- Üzərinə bir miqdar su əlavə edərək qarışdırın və bişirməyə başlayın.
- Qazı söndürün və soyumağa qoyun.
- Soyuducuya qoyduğunuz xəmiri götürün və oxlov ilə açın, qəlibə bu xəmiri yayın.
- Hazırlayıb soyutduğumuz marmalatı xəmirin üzərinə boşaldın.
- Ayırdığınız digər xəmiri götürüb marmalatın üzərinə rəndələyin.
- Sobanı 170 dərəcəyə qoyub isinməsini gözləyin.
- Hazırladığınız ərikli turtanı isinən sobaya yerləşdirin.
- Üzəri qızarana qədər bişirməyə davam edin.
- Bişdikdən sonra sobadan çıxarın və soyumasını gözləyin.
- Ayırdığınız xəmiri istəsəniz turtanın üzərini bəzəmək üçün də istifadə edə bilərsiniz.
- Ərikli turtanızın bəzənməsi də bitdikdən sonra servis edə bilərsiniz.
Ərikli keks
Hiç yorum yok:
Yorum Gönder