
Ərzaqlar
- 175 gr. un
- 2 yemək qaşığı şəkər tozu
- 240 gr. su
- 120 gr. Otaq temperaturunda kərəyağı
- 1 çimdik duz
- 5 ədəd yumurta
- Krem üçün:
- 500 gr. süd
- 1 yumurta sarısı
- 3 yemək qaşığı nişasta
- 2 yemək qaşığı un
- 8-10 yemək qaşığı şəkər toz
- 1 yemək qaşığı kərəyağı
- 2-3 ovuc çiyələk-pudra şəkəri
Hazırlanması
- Ekler xəmirini hazırlamaq üçün bir qazana suyu, kərəyağını, şəkər tozu və duzu tökün.
- Orta temperaturda qaza qoyub kərəyağı əriyənə qədər qarışdırın.
- Kərəyağ əriyəndə qarışımı qaynadın.
- Sonra qazdan götürün.
- Taxta qaşıqla qarışdıraraq unu əlavə edin.
- Bütün unu qarışıma yedirəndə təkrar qaza qoyun və yenə qarışdıraraq xəmir qazanın kənarlarından ayrılana və dibi təmiz qalana qədər qovurun.
- Xəmirə yumurtaları əlavə edin.çalın.
- təqribən 10 dəqiqə yaxşı həll olması üçün çalmağa davam edin.
- Xəmiri soyuducuya qoyun və gözlədin.
- Soba qabına bişirmə kağızı qoyun.
- Xəmiri sıxma torbasıyla barmaq boyda, aralı qalmaq şərtiylə qaba sıxın.
- 170 dərəcədə isidilmiş sobada xəmir sərtləşənə qədər bişirin.
- Krem üçün qazana unu, nişastanı, yumurta sarısını və toz şəkəri tökün.
- Südü əlavə edərək qarışdırın və qaza qoyun.
- Krem olana qədər qarışdıraraq bişirin.
- Qazdan götürəndən sonra kərəyağını əlavə edin.
- Çiyələkləri istədiyiniz formada kəsin.
- Üzərinə pudra şəkəri səpin və soyuducuya qoyub suyunu buraxmasını gözləyin.
- Ekler soyuyanda ortadan ikiyə kəsin.
- Alt hissəsinə krem sıxın.
- Bir neçə çiyələk qoyun və bağlayın.
- Üzərinə pudra şəkəri səpib servis edin.
Nuş olsun!
Çiyələkli ekler hazırlanılmasına çəkilən əziyyət dadına dəyər.
Çiyələkli ekler
Hiç yorum yok:
Yorum Gönder