
Ərzaqlar
- 4 yumurta
- 1 su səkanı şəkər
- 1 su stəkanı un
- yarım paket qabartma tozu
- 1 paket vanilya
- 3 yemək qaşığı kakao
- 3 yemək qaşığı su
- Krem:
- 3 su stəkanı süd
- 1,5 yemək qaşığı un
- 1 yemək qaşığı nişasta
- yarım su stəkanı şəkər
- 1 yumurta sarısı
- 1 paket vanil
- Üzərinə:
- 100gr. şokolad
- Kənarlarına:
- kokos
Hazırlanması
- İmam sarığı şiniyyatı hazırlamaq üçün əvvəlcə yumurtanı və şəkəri çalın.
- Sonra digər ərzaqları qarışdırıb çalmağa davam edin.
- Soba qabına yağlı kağız qoyuruq.
- Keks xəmirini yayıb əvvəlcədən isidilmiş 170 dərəcəli sobada bişiririk.
- Keks soyuduqdan sonra su stəkanını isladıb keksləri stəkanla kəsirik.
- Təqribən 20 ədəd dairə olacaq.
- Kremin bütün ərzaqlarını qarışdırıb bişiririk.
- Kəsdiyimiz keksin birini götürüb bir qaşıq krem qoyub üzərinə kəsdiyimiz keksləri qoyuruq və kənarlarına krem çəkin.
- Kokosa bulayırıq.
- Digər bütün keksləri bu şəkildə elədikdən sonra əritdiyimiz şokoladdan üzərlərinə 1 qaşıq qoyub kənarlarına daşırmadan yayırıq.
- Soyuduqdan sonra imam sarığı şirniyyatı servisə hazırdır.
Nuş olsun!
Imam sarığı asan hazırlanan şirniyyatdır.
Imam sarığı
Hiç yorum yok:
Yorum Gönder