
Ərzaqlar
- 5 yumurta
- 1 su stəkanı şəkər
- 1 su stəkanı un
- 1 qabartma tozu
- kokos
- Muhallebi üçün:
- 3 yemək qaşığı un
- 3 yemək qaşığı nişasta
- 3 su stəkanı süd
- 150 gr margarin
- 1.5 su stəkanı şəkər
Hazırlanması
- 5 yumurtanı çırpın, şəkəri əlavə edin, şəkər əriyənə qədər çırpmağa davam edin, sonra içinə 1 su stəkanı unu əlavə edib çırpmağa davam edin.
- Sonda qabartma tozunu da qatın və çırpın.
- Əvvəlcədən 170 dərəcədə isitdiyiniz sobaya qoyun.
- Muhallebi üçün un, nişasta və südü birlikdə çırpın, üzərinə margarin və şəkəri əlavə edin, göz göz olana qədər bişirin.
- Keksi sobadan çıxarıb uzunlamasına ikiyə bölün.
- Boşqabların içinə muhallebini çəkin və keksləri dürüm halina gətirin və barmaq boyda dilimləyin.
- Daha sonra əvvəl südə, sonra kakosa bulayırıq.
- Yarım saat gözlətdikdən sonra servis edə bilərsiniz..
Nuş olsun!
sadrazan lokumu çox üstünlük verilən və sevilə sevilə yeyilən şirniyyatlardandır.
Sadrazan lokumu
Hiç yorum yok:
Yorum Gönder