
Ərzaqlar
- 3 su stəkanı süd
- 8-10 yemək qaşığı irmik
- 6 yemək qaşığı şəkər
- 1 qutu krem şanti
- Qoz
- Çəkilmiş fındıq
Hazırlanması
- Südü, irmiği və şəkəri bir qazana qoyub, qarışdıraraq tündləşənə qədər bişiririk.
- Sonra yaxşı soyumasını gözləyin və içərisinə toz halındakı krem şantini əlavə edib qarışdırın.
- Qarışımdan kiçik hissələr ayırın və top kimi edib qoza yada çəkilmiş fındığa bulayıb servis boşqabına qoyun. ( forma verəndə əlinizə yapışsa, əlinizi islatmağınız məsləhət görülür)
Nuş olsun!
Pamuk prenses tez və asan hazırlanan və sevilən şirniyyatdır.
Pamuk prenses
Hiç yorum yok:
Yorum Gönder