
Ərzaqlar
- 1 qutu çiy krem ( 200 gr)
- 1 su stəkanı şəkər.
- 3 yumurta.
- 1 paket vanil şəkəri.
- 1,5 paket qabartma tozu.
- Təxminən 4 su stəkanı un.( keks xəmirindən olduqca qatı bir xəmir olmalıdır)
- 5-6 ədəd alma ( soyulmuş, çəyirdəkləri çıxardılmış, barmaq qalınlığında dilimlənmiş)
- 1 yemək qaşığı qəhvəyi şəkər.( almaların üzərinə səpmək üçün, normal şəkər də ola bilər)
Hazırlanması
- 1 Paket çiy kremi qaba qoyaq və mikserlə çalaq. ( Kremşanti kimi olana qədər çalın.)
- Üzərinə şəkər, yumurta, vanil əlavə edək və çalaq.
- Un və qabartma tozunu az az əlavə edək və qatı keks xəmiri əldə edək.
- Bişirmə kağızı sərilmiş qaba xəmiri yayaq, düzləşdirək.
- Dilimləyib şəkərdə saxladığınız almalarınızı xəmirin üzərinə yerləşdirək.
- əvvəlcədən isidilmiş 200 dərəcədə 10 dəqiqə bişirək.
- Temperaturu 180 dərəcəyə azaldaq və təqribən 30 dəqiqə bişirək.
- Sonra üzərinə kərəyağında badam qovurub, əlavə edək.
Nuş olsun!
Kremli almalı keks çox yüngül keksdir.
Kremli almalı keks
Hiç yorum yok:
Yorum Gönder