
Ərzaqlar
- 1 kg.hazır paxlava yuxası
- 400 gr. Qoz
- 100 gr kərəyağı
- 1 su stəkanı duru yağ
- 3.5 su stəkanı su
- 4 su stəkanı şəkər
- Limon suyu
Hazırlanması
- Mən iki çeşid şirniyyat hazırladım.
- Bir dolma şirniyyatı , ikincisi isə burma paxlava.
- Dolma şirniyyatına təxmini 6-8 qat yuxanın baş tərəfinə qozları sərək və rulon edək. 3 sm enində dilimlərə kəsərək boşqaba düzün.
- Burma paxlavası isə tək yuxaya qoz səpib oxlov ilə bükərək büzür.
- Üzərinə əridilmiş kərəyağını və duru yağını töküb 200 dərəcəlik sobada qızarana qədər bişirin.
- Biri isti, biri soyuq olacaq şəkildə şərbətini tökək.
- 2 saat sonra şirniyyatımız servisə hazırdır.
Nuş olsun!
Hazır paxlava yuxası çətin hazırlanan şirniyyat növüdür.
Hazır paxlava yuxası ilə dolma
Hiç yorum yok:
Yorum Gönder