
Ərzaqlar
- 80 qram kərə yağı
- 0,5 su stəkanı şəkər
- 2 yumurta
- 1 paket vanil
- 2 su stəkanı un
- 35 qram kakao
- bir az duz
- 100 qram süd
- 0,5 su stəkanı kişmiş
- 0,5 su stəkanı xırdalanmış şokolad
- Maya üçün:
- 80 qram ilıq süd
- 1 xörək q. şəkər
- 1 xörək q. maya
- 25 qram kakao
- 25 qram un
Hazırlanması
- Mayanı hazırlamaq üçün maya üçün qeyd etdiyimiz məhsulları bir qabda qarışdırb kənarda şişməyini gözləyin.
- Xəmir üçün kərə yağını pesok ilə çalın, üzərinə yumurtanı, vanili əlavə edin.
- Ayrı bir qabda unu, kakaonu, duzu qarışdırın və xəmirə yavaş-yavaş süd ilə birlikdə əlavə edin.
- Mikserlə qarışdırın.
- Kənarda şişmiş mayanı xəmirə qatıb qarışdırın.
- Xırdalanmış şokolad və kişmişi əlavə edin.
- Alınmış xəmiri bir qaba qoyub üstünü örtüb 12 saat soyuducuda saxlayın.
- Sonra xəmiri soba qabına qoyub 1 saat da gözləyin.
- 180 dərəcə qızdırılmış sobada 50 dəqiqə bişirin.
- Hazır olmuş şokoladlı açar şirniyyatını soyuduqdan sonra qabdan çıxarıb üzərinə şəkər tozunu əlavə edin.
Nuş olsun!
Şokoladlı açar şokoladlı şirniyyatdır.
Şokoladlı açar
Hiç yorum yok:
Yorum Gönder