
Ərzaqlar
- 3 su stəkanı un
- 1 banka qatılaşdırılmış süd
- 1 yumurta
- 0,5 paket qabartma tozu
- Krem üçün:
- 750 qram süd
- 1,5 su stəkanı şəkər
- 2 yumurta
- 3 xörək q. un
- 200 qram kərə yağı
- 1 paket vanil
Hazırlanması
- Qatılaşdırılmış süd, yumurta və qabartma tozu ilə unu qarışdırıb xəmir edin.
- 8 hissəyə bölün.
- Bir tava götürün.
- Xəmirləri yayıb tavada odda bişirin.
- Bir üzü bişdikdə fırladıb ikinci üzünü də bişirin.
- 8 kündəni yayıb bişirdikdən sonra soyumağa qoyun.
- Sonra kənarlarını səliqə ilə kəsin.
- Kremi hazırlamaq üçün süd, şəkər yumurta un və vanili bir qabda qarışdırıb odda bərkiyənə qədər bişirin.
- Soyuduqda kərə yağını əlavə edin.
- Hazırladığınız korjlara krem çəkib üst-üstə yığın və üzərinə ovuntunu səpin.
- 3 saat ev temperaturunda saxladıqdan sonra 4 saat soyuducuda saxlayın.
Nuş olsun!
Tez hazırlanan tort tez və asan hazırlanan şirniyyatdır.
Tez hazırlanan tort
Hiç yorum yok:
Yorum Gönder