
Ərzaqlar
- 70 qram kərə yağı
- 3 xörək q. 10-20%-li qaymaq
- 240 qram şokoladlı peçenye
- Albalılı muss:
- 50 qram mannı yarması
- 5 xörək q. qəhvəyi şəkər
- 450 qram su
- 200 qram dondurulmuş albalı
- 10 qram jelatin
- Şokoladlı muss:
- 500 qram 33-35%-li qaymaq
- 100 qram südlü şokolad
- 50 qram 70%-li tünd şokolad
- 100 qram şəkər tozu
- 50 qram şokoladlı liker
- 17 qram jelatin
- 100 qram su
- Qlazur üçün:
- 3 xörək q. 10-20%-li qaymaq
- 5 xörək q. şəkər
- 3 xörək q. kakao
- 40 qram kərə yağı
Hazırlanması
- Bir qab götürün 300 qram su tökün və albalıları əlavə edib odda qaynayana qədər gözləyin.
- Alınmış məhlulu süzgəcdən keçirin.
- Alınmış albalı şirəsinə şəkər əlavə edin və yenə odda qaynayana qədər gözləyin.
- Sonra mannı yarmasını 100 qram su ilə qarışdıraraq şirəyə əlavə edin və aşağı odda 15 dəqiqə bişirin.
- Soyuduqdan sonra onu blendrlə 10 dəqiqə çalın.
- O şişib 2 qat çoxalacaq.
- Əvvəlcədən 50 qram suda isladılmış jelatini su vannasında əriyənə qədər odda saxlayın və albalılı mussun üzərinə əlavə edin.
- Qida kağızı ilə örtülmüş bir qaba tökün.
- Sonra buz dolabında 40 dəqiqə saxlayın.
- Şokoladlı peçenyeni stəkanın arxası ilə bir qabda yaxşı əzin.
- Üzərinə kərə yağı, qaymaq əlavə edin və bütöv bir kütlə alınana qədər qarışdırın.
- 20 sm diametrli yanları hündür olan bir qab götürüb peçenyeli şokoladlı kütləni qaba yaxşı hamarlayaraq yayın və soyuducuya qoyun.
- Şokoladlı muss hazırlamaq üçün qaymağ və şəkəri mikserlə çalın.
- Üzərinə likor, su vannasında əridilmiş şokoladı əlavə edin.
- Əvvəlcədən isladılmış jelatini odda həll olana qədər qarışdırın.
- Soyuduqdan sonra şokoladlı mussa əlavə edin.
- Peçenyeli şokoladlı kütlənin ortasına albalılı mussu üstünə və kənarlarına şokoladlı mussu töküb hamarlayın.
- 30-40 dəqiqə soyuducuda saxlayın.
- Qlazuru hazırlamaq üçün kakao, şəkər və qaymağı odda qaynayana qədər qarışdırın.
Nuş olsun
Albalılı-şokoladlı muss tortu şirniyyatı həm meyvəli, həm də şokoladlı şirniyyatdır.
Albalılı - şokoladlı muss tortu
Hiç yorum yok:
Yorum Gönder