
Ərzaqlar
- 200 qram kefir
- 70-100 qram marçipan
- 100-150 qram tumsuz üzüm
- 200-250 qram mannı yarması
- 2 yumurta
- 1 paket qabartma tozu
- Sürtgəcdən keçirilmiş limon qabığı
- 50-100 qram şəkər
- 50 qram duru yağ
- Üzərinə:
- Şəkər tozu
Hazırlanması
- Yumurtanı şəkər ilə şişənə qədər qarışdırın.
- Üzərinə kefir və qabartma tozunu əlavə edib qarışdırın.
- Mannı yarmasının yarısını , yağı, marçipanı, sürtgəcdən keçirilmiş limon qabığı və üzümü əlavə edib qaşıq ilə qarışdırın.
- Sobanı 180 dərəcə qızdırın.
- Soba qabına qalan mannı yarmasını səpin.
- Alınmış kütləni üzərinə əlavə edin və təxminə 30 dəqiqə qəhvəyi rəng alana qədər sobada bişirin.
- Mannik hazır olduqda soyuduqdan sonra üzərinə şəkər tozu səpin.
Nuş olsun!
Üzümlü mannik şirniyyatı tez hazırlanan şirniyyatdır.
Üzümlü mannik
Hiç yorum yok:
Yorum Gönder