
Ərzaqlar
- 200 qram kərə yağı
- 100 qram şəkər
- 1 çimdik duz
- 1 yumurta
- 350 qram un
- Iç üçün:
- 8 ədəd alma
- 200 qram alma şirəsi
- 1/2 sürtgəcdən keçirilmiş limon qabığı
- 100 qram şəkər
- 2 çimdik üyüdülmüş darçın
- 1 çay q. vanil
- Sirop:
- 1 çay q. limon şirəsi
- 3 xörək q. şəkər tozu
- Üzərinə
- 100 dənə qoz ləpəsi
- 100 qram şəkər
Hazırlanması
- Bir qaba 8 almanın qabığını soyun, xırda formada doğrayın, üzərinə alma şirəsi və şəkər əlavə edin, odda 10 dəqiqə yumşalana qədər bişirin (bişməsi almanın sortundan asılıdır).
- Bişdikdən sonra, sürtgəcdən keçirilmiş limon qabığı, darçın və vanil əlavə edin, qarışdırın və soyumaq üçün kənara qoyun.
- Xəmiri hazırlamaq üçün yağı digər ərzaqlar ilə qarışdın və əllə xəmir yoğurun.
- Ehtiyac olarsa 1-2 xörək q. su əlavə edə biləsiniz.
- Üstünü qida kağızı ilə örtün və 30 dəqiqə soyuducuda saxlayın.
- Sonra xəmirin təxmini 1/4 hissəsini kənara qoyun.
- Qalan xəmiri əvvəlcədən yağlanmış soba qabına əlinizi unlayaraq yayın.
- Xəmiri qaba elə yerləşdirin ki, qabın kənarları da tutulsun.
- Üzərinə içi elə paylaşdırın ki, hər tərəfinə yayılsın.
- Xəmirin qalan 1/4 hissəsini yayın və piroqun üstünü bağlayın.
- Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 40 dəqiqə bişirin.
- Hazır olduqda üstünü bəzəmək üçün limon şirəsi və şəkər tozunu qarışdırıb odda sirop bişirin.
- Ayrı qabda odda şəkəri əridin və qozları xırda formada doğrayıb şəkərə əlavə edin.
- Piroqun üstünü gözlə 8 hissəyə bölün və bir hissəsinə şirəli qoz, digərinə limonnu sirop tökün.
Nuş olsun!
Bağlı almalı piroq şirniyyatı çətin hazırlanan şirniyyatdır.
Bağlı almalı piroq
Hiç yorum yok:
Yorum Gönder