
Ərzaqlar
- 200 qram peçenye (qadın barmaqları)
- 2- 3 xörək q. konyak
- 0,5 su stəkanı dəmlənmiş tünd kofe
- 400 qram yağlı qaymaq
- 2-3 xörək q. kakao tozu
- 2-3 xörək q. şəkər tozu
- 300 qram albalı (təzə və ya konservləşdirilmiş)
- 125 qram tünd şokolad
Hazırlanması
- Dərin bir qab götürün və içinə yağlı kağız qoyun 5 dənə peçenyeni hər tərəfinə hopmaq şərti ilə əvvəlcə konyakda sonra kofedə isladın. Qabın yerinə və divarlarına düzün.
Qaymağı yaxşı mikserlə çalın.
- 2 hissəyə bölün.
- Bir hissəyə kakao, şəkər tozu, digərinə albalını (tumu təmizlənmiş, yarı bölünmüş) əlavə edin.
- 2 növ kremi qat-qat peçenyelərin üstünə qaşıqla qoyun.
- Qalan peçenyelərli əvvəlcə konyakda sonra kofedə isladıb kremin üstünü bağlamaq şərti ilə düzün.
- 12 saat soyuducuda saxlayın.
- Soyumuş tiramusunu qablara qoyub üzərinə şokolad və albalı düzə bilərsiniz.
Nuş olsun!
Albalılı tiramusu şirniyyatı həm meyvə, həm də şirniyyat sevənlərin seçimidir.
Albalılı tiramusu
Hiç yorum yok:
Yorum Gönder