
Ərzaqlar
- 1 litr süd
- 2 xörək q. şəkər
- 3 yumurta
- 4 xörək q. duru yağ
- 1 çimdik duz
- 400 qram un
- 1 çay q. çay sodası
- Krem:
- 1 banka bişmiş süd
- 30 qram kərə yağı
- 100 qram xama
Hazırlanması
- Yumurtanı şəkər və duz ilə ağaranadək çalın.
- Südü əlavə edin və qarışdırın və hissə-hissə unu əlavə edin.
- Sonda duru yağ və sodanı əlavə edin və kənara qoyun ki, özünü tutsun.
- Kremi hazırlayın.
- Bunun üçün bişmiş südlə kərə yağını çalın və xamanı əlavə edib qarışdırın.
- Kremi soyuducuya qoyun.
- Bliniləri hazırlamaq üçün tavanı odda isidin, duru yağ ilə yağlayın.
- Bir qaşıq xəmirdən tavaya tökün yayın və iki tərəfli bişirin.
- Bu qayda ilə bliniləri hazırlayın.
- Kremi soyuducudan götürün və bliniləri kremliyib üst-üstə düzün.
- Öz zövqünüzə görə bəzəyə bilərsiniz.
Nuş olsun!
Bişmiş südlü, kremli bilinçikli tort
Hiç yorum yok:
Yorum Gönder