
Ərzaqlar
- Xəmir üçün:
- 300 qram un
- 30 qram şəkər
- Yarım paket qabartma tozu
- 75 qram kərə yağı
- Yarım limon qabığı
- 1 yumurta
- 1,5 xörək qaşığı soyuq su
- Iç üçün:
- 2 yumurta
- 250 qram kəsmik
- 100 qram qaymaq
- 50 qram şəkər
- 1 paket vanil
- 2 dənə armud
- 200 qram giləmeyvə
Hazırlanması
- Kərə yağını kub şəklində doğrayın.
- Üzərinə un, qabartma tozu və şəkəri əlavə edib qarışdırın.
- Sonra sürtgəcdən keşirilmiş limon qabığını, yumurtanı və suyu əlavə edib xəmir hazırlayın.
- Əvvəlcədən yağlanmış soba qabına xəmiri elə yayın ki, xəmir onun kənarlarına da tutsun.
- Sonra xəmiri bir neçə yerdən çəngəl ilə deşin.
- Kəsmiyi şəkər vanilin və qaymaq ilə mikserlə çalın.
- Yumurtanı əlavə edib yenə mikser ilə çalın.
- Armudu halqa formasında doğrayıb piroqun üstünə düzün.
- Üstünə kəsmikli qarışığı töküb giləmeyvəni səpin.
- 200 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin.
- Hazır olduqda soyuduqdan sonra qabdan çıxardın və üzərinə şəkər tozu səpin.
- Süfrəyə dondurma ilə də təqdim olun abilər.
Nuş olsun!
Kəsmikli, armudlu və giləmeyvəli şirniyyatı həm meyvə, həm də şirniyyat sevənlərin seçimidir.
Kəsmikli, armudlu və giləmeyvəli piroq
Hiç yorum yok:
Yorum Gönder