
Ərzaqlar
- 600 qram balqabaq
- 50 qram mannı yarması
- 250 qram kəsmik
- 3 yumurta
- 1 çimdik darçın
- Şəkər əvəzedici zövqə görə
Hazırlanması
- Balqabağı təmizləyin.
- Xırda formada doğrayın və qazana qoyun, üstünə 150 qram su tökün və 20-30 dəqiqə odda yumşalana qədər bişirin.
- Başqa qabda yumurtanı mikserlə çalın.
- Kəsmiyi əlavə edib çalmağa davam edin.
- Şəkər əvəz edici zövqə görə əlavə edin.
- Bunu balla da əvəz etmək olar.
- Mannı yarmasını, darçını, yumurtaya əlavə edin və balqabaq ilə bunları yaxşı qarışdırın.
- Soba qabına yağlı kağız qoyun.
- Balqabaqlı kütləni qaba tökün.
- Əvvəlcədən isidilmiş 170 dərəcəli sobada 40-50 dəqiqə qızılı rəng alana qədər bişirin.
Nuş olsun!
Balqabaqlı dietik mannik şirniyyatı tez hazırlanan şirniyyatdır.
Balqabaqlı dietik mannik
Hiç yorum yok:
Yorum Gönder