
Ərzaqlar
- 280 gr (2 su stəkanı) un
- 65 gr (3/4 su stəkanı) kakao
- 1 yemək qaşığı qabartma tozu
- 1/4 yemək qaşığı duz
- 3 yumurta
- 200 gr (1 su stəkanı) şəkər
- 1 yemək qaşığı vanil
- 125 gr (1 su stəkanı) fındıq vəya badam (döyülmüş)
- 120 gr (3/4 su stəkanı) tünd şokolad (parçalanmış)
Hazırlanması
- Sobanı 180 dərəcədə isidin.
- Bir qabda kakao, un, qabartma tozu və duzu qarışdırın.
- Bir mikser qabında yumurta, şəkər və vanili yüngül çaldıqdan sonra unlu qarışımı əlavə edin və xəmir halına gələndə fındıq və şokolad parçalarını əlavə edin.
- Yumşaq və ələ yapışmayan xəmir olacaq.
- Xəmiri ikiyə bölün, uzunsov forma verin və yağlı kağız sərilmiş soba qabında yanyana qoyun.
- sobada 25 dəqiqə bişirib çıxarın.
- 15 dəqiqə otaq temperaturunda saxlayın və taxta qaşıqla 1,5 sm-lik dilimlərə kəsin.
- Soba qabında dilimləri bir birinə yapışacaq şəkildə düzün.
- 10 dəqiqə də bişirin.
- Sobadan çıxarın, həm sadə, həm də şokolada batıraraq yeyə bilərsiniz
Nuş olsun!
Şokoladlı biscotti tünd şokoladlı şirniyyatdır.
Şokoladlı biscotti
Hiç yorum yok:
Yorum Gönder