23 Haziran 2016 Perşembe

Albalılı tort

Ərzaqlar


  • 200 qr. Kərə yağı

     


  • 3/4 su stəkanı şəkər

     


  • 1 yumurta

     


  • 1 paket vanel

     


  • 1 paket  qabartma tozu

     


  • 340 qram un

     


  • 4 xörək qaşığı qarğıdalı nişastası

     


  • Vişnəli içlik:

     


  • 2 banka tumsuz öz şirəsində albalı


Hazırlanması


  1. Qeyd olunmuş ərzaqları qarışdırın.

  2. Hazır xəmirin 3/4 hissəsini soyuducuya, 1/4 hissəsini buz dolabına qoyun.

  3. Vişnəni şirədən ayırın.

  4. 1/2 stəkan şirəni 4 xörək qaşığı qarğıdalı nişastası ilə qarışdırın.

  5. Qalan şirəni hər hansı bir qabda odun üstündə qaynayana qədər qarışdırın, qaynayanda nişasta ilə qarışdırılmış şirəni əlavə edib bərk halını alana qədər qarışdırın.

  6. Sonra oddan götürüb bir az soyuduqdan sonra albalıları əlavə edin.

  7. Ölçüsü 26 sm olan  qab götürün.

  8. Soyuducuda olan xəmiri qaba yerləşdirin hazırladığınız albalılı içliyi üzərinə əlavə edin.

  9. Sonra buz dolabında olan xəmiri sürtgəcdən keçirib üzərinə əlavə edin.

  10. Sobanı 180C-dək qızdırın. 40-50 dəqiqə bişirin.

  11. Sobadan çıxartdıqdan sonra bir qədər soyumasını gözləyin və üzərinə şəkər kirşanı əlavə edin.



Nuş olsun!


Albalılı tort şirniyyatı hər fəsil üçün ləzzətli şirniyyatdır.



Albalılı tort

22 Haziran 2016 Çarşamba

Yanardağ tortu

Ərzaqlar


  • 1 ədəd kakaolu hazır keks

     


  • 1 qutu krem şanti

     


  • 1 paket vanilli kremole  (çırpılaraq hazırlanan hazır puding)

     


  • 2 ədəd banan

     


  • 1 paket negro peçenye

     


  • 1 ədəd üçü biryerdə qəhvə

     


  • Krem üçün süd

     


  • Üzəri üçün meşə meyvəli sous


Hazırlanması


  1. Keksi 8 bərabər hissəyə kəsin.

  2. Parçalardan biri kvadrat formada doğranılır.

  3. Krem şanti 1 su stəkanı soyuq süd ilə çırpılır.

  4. Eyni qabın içinə 2 su stəkanı soyuq süd əlavə edilir və kremole əlavə edilərək çırpmağa davam edilir.

  5. Əmələ gələn kremə doğranmış banan və 3-5 hissəyə qırılmış neqro peçenyelər və də kvadrat kvadrat doğranmış kekslər əlavə edilir.qarışdırılır.

  6. Keks servis boşqabına qoyulur.

  7. Süd ilə qarışdırılmış qəhvə ilə isladılır.

  8. Ortasına tam olacaq kənarda boşluq buraxaraq kremlə doldurulur.

  9. Bu kremin üzərinə üçbucaq haldaki kekslərimiz qəhvə ilə isladaraq yan yana düzülür.

  10. Çox sıxmayın.

  11. Ücbucaqlar aşağı hissədə birləşdirilir lakin təpə hissəsi aralı qalmalıdır.

     


  12. Meşə meyvəli sous reseptə görə bişirilib soyudulur.

  13. Və tortun üzərinə tökülür.



Nuş olsun!


Yanardağ tortu görünüşü və dadı ilə seçilən şirniyyatlardandır.



Yanardağ tortu

21 Haziran 2016 Salı

Unsuz şokoladlı keks

Ərzaqlar


  • 200 qram kərəyağı, kvadrat doğranmış

     


  •  250 qram tünd şokolad, parçalanmış

     


  •  4 yumurta, sarısı və ağı  ayrılmış

     


  •  1 su stəkanı pudra şəkəri

Hazırlanması



  1. əvvəlcə sobanı 160 dərəcədə isidirik.

  2. Kərəyağı və şokoladları əridirik.

  3. Onlar əriyərkən böyük bir qarışdırma qabında 4 yumurta sarısını, 1/2 su stəkanı pudra şəkəri ilə krem halına gələnə qədər çırpırıq.

  4. Ayrı bir qabda yumurta ağlarını köpürdürük.

  5. Üzərinə, kalan 1/2 su stəkanı pudra şəkərini də əlavə edib yavaşca qarışdırırıq və kənara qoyuruq.

  6. əriyən şokoladdan əvvəl 1 qaşıq götürüb yumurta sarılarına əlavə edib qarışdırırıq.

  7. Sonra yenə bütün şokoladı yumurta sarısına əlavə edib qarışdırırıq.

  8. Yumurta ağlarının əvvəlcə yarısını qarışımımıza əlavə edib çöldən iş tərəfə doğru qarışdırırıq və qalan yumurta ağlarını da əlavə edib qarışdırırıq.

  9. Keks qəlibinə töküb sobaya qoyuruq.

  10. Təqribən 50-55 dəqiqə bişiririk.

  11. Üzərində qabıq əmələ gələcək.

  12. Sobadan götürdükdən sonra içi sizə bişməmiş kimi gələ bilər, aldanmayın.



Nuş olsun!


Unsuz şokoladlı keks çətin hazırlanan keks növlərindəndir.



Unsuz şokoladlı keks

20 Haziran 2016 Pazartesi

Sadrazan lokumu

Ərzaqlar


  • 5 yumurta 

  • 1 su stəkanı şəkər 

  • 1 su stəkanı un 

  • 1 qabartma tozu 

  • kokos 

  • Muhallebi üçün: 

  • 3 yemək qaşığı un 

  • 3 yemək qaşığı nişasta 

  • 3 su stəkanı süd 

  • 150 gr margarin 

  • 1.5 su stəkanı şəkər


Hazırlanması


  1. 5 yumurtanı çırpın, şəkəri əlavə edin, şəkər əriyənə qədər çırpmağa davam edin, sonra içinə 1 su stəkanı unu əlavə edib çırpmağa davam edin.

  2. Sonda qabartma tozunu da qatın və çırpın.

  3. Əvvəlcədən 170 dərəcədə isitdiyiniz sobaya qoyun.

  4. Muhallebi üçün un, nişasta və südü birlikdə çırpın, üzərinə margarin və şəkəri əlavə edin, göz göz olana qədər bişirin. 

  5. Keksi sobadan çıxarıb uzunlamasına ikiyə bölün.

  6. Boşqabların içinə muhallebini çəkin və keksləri dürüm halina gətirin və barmaq boyda dilimləyin.

  7. Daha sonra əvvəl südə, sonra kakosa bulayırıq.

  8. Yarım saat gözlətdikdən sonra servis edə bilərsiniz..



Nuş olsun!


sadrazan lokumu çox üstünlük verilən və sevilə sevilə yeyilən şirniyyatlardandır.



Sadrazan lokumu

19 Haziran 2016 Pazar

Quru əncir şirniyyatı

Ərzaqlar


  • Yarım  kq  əncir

  • Yarım  kq  süd

  • 1 su stəkanı şəkər

  • 100 gr. döyülmüş qoz

  • 1 qaşıq kərəyağı

     


  • Su


Hazırlanması


  1. Əncirlərin sapını kəsin, kəsilən yeri  barmaqla sıxaraq əncirlərin içində oyuqlar açın.

  2. şəkərlə qarışdırılmış qoz qarışımı ilə içlərini doldurub, bir qaşıq kərəyağı ilə yağladığınız qaba düzün.

  3. Əncirlərin üzərinin örtəcək qədər su qoyub qaza qoyun və bir qapaqla örtüb suyunu çəkənə qədər gözləyin.

  4. Yarım  kilo şəkərli qaynar südü üzərində gəzdirib soyudun.



Nuş olsun!


Quru əncir şirniyyatı tez hazırlanan meyvəli şirniyyatdır.



Quru əncir şirniyyatı

18 Haziran 2016 Cumartesi

Pamuk prenses

Ərzaqlar


  • 3 su stəkanı süd

     


  • 8-10 yemək qaşığı irmik

     


  • 6 yemək qaşığı şəkər

     


  • 1 qutu krem şanti

     


  • Qoz

     


  • Çəkilmiş fındıq

Hazırlanması



  1. Südü, irmiği və şəkəri bir qazana qoyub, qarışdıraraq tündləşənə qədər bişiririk.

  2. Sonra yaxşı soyumasını gözləyin və içərisinə toz halındakı krem şantini əlavə edib qarışdırın.

  3. Qarışımdan kiçik hissələr ayırın və top kimi edib qoza yada çəkilmiş fındığa bulayıb servis boşqabına qoyun. ( forma verəndə əlinizə yapışsa, əlinizi islatmağınız məsləhət görülür)



Nuş olsun!


Pamuk prenses tez və asan hazırlanan və sevilən şirniyyatdır.


 



Pamuk prenses

16 Haziran 2016 Perşembe

Leopard qurabiyə

Ərzaqlar


  • 150 qr. Marqarin

     


  • Yarım çay stəkanı duru  yağ

     


  • 1 yumurta

     


  • 1 su stəkanı pudra şəkəri

     


  • Yarım su stəkanı nişasta

     


  • 1 çay qaşığı qabartma tozu ya da karbonat

     


  • Aldığı qədər  un

     


  • Və rəngləndirici (qida boyası, kakao)

Hazırlanması



  1. Rəngləndiricilər istisna olmaqla qarışdırıb yoğururuq.

  2. Yumşaq bir xəmir əldə edirik.

  3. Çox un istifadə etməyin.

  4. Ələ yapışmayanda un əlavə etməyi saxlayın.

  5. Daha sonra kiçik hissələrə ayırıb rəngləndiririk.

  6. 180 dərəcəlik sobada kənarları qızarana qədər saxlayırıq.

  7. Üstləri ağ qalmalıdır.



Nuş olsun!


Leopard qurabiyə asan hazırlanan şirniyyatdır.



Leopard qurabiyə

15 Haziran 2016 Çarşamba

Kremli almalı keks

Ərzaqlar


  • 1 qutu çiy krem ( 200 gr)

  • 1 su stəkanı şəkər.

  • 3 yumurta.

  • 1 paket vanil şəkəri.

  • 1,5 paket qabartma tozu.

  • Təxminən 4 su stəkanı un.( keks xəmirindən olduqca qatı bir xəmir olmalıdır)

  • 5-6 ədəd alma ( soyulmuş, çəyirdəkləri çıxardılmış, barmaq qalınlığında dilimlənmiş)

  • 1 yemək qaşığı qəhvəyi şəkər.( almaların üzərinə səpmək üçün, normal şəkər də ola bilər)


Hazırlanması


  1. 1 Paket çiy kremi qaba qoyaq və mikserlə çalaq. ( Kremşanti kimi olana qədər çalın.)

  2. Üzərinə şəkər, yumurta, vanil əlavə edək və çalaq.

  3. Un və qabartma tozunu az az əlavə edək və qatı keks xəmiri əldə edək.

  4. Bişirmə kağızı sərilmiş qaba xəmiri yayaq, düzləşdirək.

  5. Dilimləyib şəkərdə saxladığınız almalarınızı xəmirin üzərinə yerləşdirək.

  6. əvvəlcədən isidilmiş 200 dərəcədə 10 dəqiqə bişirək.

  7. Temperaturu 180 dərəcəyə azaldaq və təqribən 30 dəqiqə bişirək.

  8. Sonra üzərinə kərəyağında badam qovurub, əlavə edək.



Nuş olsun!


Kremli almalı keks çox yüngül keksdir.



Kremli almalı keks

14 Haziran 2016 Salı

Ağ şokoladlı cheesecake

Ərzaqlar


  • 125 gr (1 + 1/4 su stəkanı) blenderda çəkilmiş peçenye) 

  • 25 gr (1/4 su stəkanı) toz fındıq (fındığı blenderda toz halına gətirə bilərsiniz) 

  • 45 gr (3 yemək qaşığı) ərimiş kərəyağ 

  • 750 gr krem pendir (labne pendiri istifadə edə bilərsiniz) (otaq temperaturunda) 

  • 150 gr (3/4 su stəkanı) toz şəkər 

  • 3 yumurta (otaq temperaturunda) 

  • 180 gr (3/4 su stəkanı) krem (içinə 2 yemək qaşığı limon suyu əlavə edilmiş) (otaq temperaturunda) 

  • 2 yemək qaşığı vanil 

  • 225 gr ağ şokolad (kiçik kiçik parçalanmış) (otaq temperaturunda) 

  • Üzəri üçün;

  •  Çiyələk


Hazırlanması


  1. Sobanızı 150 dərəcədə isidin.

  2. Keks qabınıza yağlı kağız kəsib yerləşdirin.

  3. Blenderda peçenye və fındığı toz halına gələnə qədər çəkin.

  4. Kərəyağını əridin və toz peçenyeni fındıq qarışımına əlavə edin.

  5. Qarışdırın. Qaba tökün və yayın. 

  6. Istiyə dözümlü bir qabda kiçik parçalanmış ağ şokoladı əridin.

  7. əritdikdən sonra ilıq olması üçün 5 dəqiqə saxlayın.

  8. Qabda krem pendir və şəkəri 2 dəqiqə çalın.

  9. Çalmağa davam edərkən yumurtaları yək tək əlavə edin.

  10. Vanili, limon suyu əlavə edilmiş kremi də qatın.

  11. Sonda ağ şokoladı əlavə edin və sadəcə qarışana qədər çalın.

  12. Qaba tökün və sobaya qoyun. 

  13. Sobada 60 dəqiqə bişəcək.

  14. Sobanın qapağını açırıq; əlimizlə qabı yüngül silkələyirik.

  15. Çox silkələnirsə hələ orta hissəsi bişməyib deməkdir.

  16. Pişməyibsə biraz daha qalmalıdır.

  17. Sobadan çıxarandan sonra soyumağa qoyun.

  18. Üzərini çiyələk dilimləriylə bəzəyin.



Nuş olsun!


Ağ şokoladlı cheesecake çətin hazırlanan şirniyyatdır.



Ağ şokoladlı cheesecake

13 Haziran 2016 Pazartesi

Imam sarığı

Ərzaqlar


  • 4 yumurta

     


  • 1 su səkanı şəkər

     


  • 1 su stəkanı un

     


  • yarım paket qabartma tozu

     


  • 1 paket vanilya

     


  • 3 yemək qaşığı kakao

     


  • 3 yemək qaşığı su

     


  • Krem:

     


  • 3 su stəkanı süd

     


  • 1,5 yemək qaşığı un

     


  • 1 yemək qaşığı nişasta

     


  • yarım su stəkanı şəkər

     


  • 1 yumurta sarısı

     


  • 1 paket vanil

     


  • Üzərinə:

     


  • 100gr. şokolad

     


  • Kənarlarına:

     


  • kokos


Hazırlanması


  1. İmam sarığı şiniyyatı hazırlamaq üçün əvvəlcə yumurtanı və şəkəri çalın.

  2. Sonra digər ərzaqları qarışdırıb çalmağa davam edin.

  3. Soba qabına yağlı kağız qoyuruq.

  4. Keks xəmirini yayıb əvvəlcədən isidilmiş 170 dərəcəli sobada bişiririk.

  5. Keks soyuduqdan sonra su stəkanını isladıb  keksləri stəkanla kəsirik.

  6. Təqribən 20 ədəd dairə olacaq.

  7. Kremin bütün ərzaqlarını qarışdırıb bişiririk.

  8. Kəsdiyimiz keksin birini götürüb bir qaşıq krem qoyub üzərinə kəsdiyimiz keksləri qoyuruq və kənarlarına krem çəkin.

  9. Kokosa bulayırıq.

  10. Digər bütün keksləri bu şəkildə elədikdən sonra əritdiyimiz şokoladdan üzərlərinə 1 qaşıq qoyub kənarlarına daşırmadan yayırıq.

  11. Soyuduqdan sonra imam sarığı şirniyyatı servisə hazırdır.



Nuş olsun!


Imam sarığı asan hazırlanan şirniyyatdır.



Imam sarığı

12 Haziran 2016 Pazar

Iki rəngli rəvani

Ərzaqlar


  • 250 gr ərimiş kərəyağı

     


  • 1 su stəkanı şəkər

     


  • 3 yumurta

     


  • 2 su stəkanı irmik

     


  • 1 su stəkanı un

     


  • 1 paket qabartma tozu

     


  • 1 paket vanil

     


  • Şərbəti üçün:

     


  • 3,5 su stəkanı şəkər

     


  • 3,5 su stəkanı su

     


  • 1/4limon suyu

     


  • Üzəri üçün;

     


  • 2 yemək qaşığı kakao

     


  • 2 yemək qaşığı qoz

     


  • Bəzəmək üçün:

     


  • Krem şanti


Hazırlanması


  1. Yumurtaları şəkərlə çırpın.

  2. ərimiş yağı əlavə edin və çırpmağa davam edin.

  3. İrmiği, unu, qabartma tozunu, vanili əlavə edin və qarışdırın.

  4. Yağlanmış orta ölçüdə bir soba qabına boşaldın və isidilmiş 200 dərəcəli sobada üzəri qızarana qədər bişirin.

  5.  əvvəlcədən qaynatdığınız ilıq şərbəti, sobadan çıxan şirniyyatın üzərinə tökün.

  6. Şirniyyat şərbəti yaxşı çəkəndə, bir qəlib və ya stəkan köməyi ilə dairəvi hissələr kəsib çıxarın.

  7. Kənarlarında qalan şirniyyat parçalarını bir kasaya qoyun.

  8. İçinə kakao və qoz əlavə edib qarışdırın.

  9. Bu kakaolu qarışımı, dairəvi şirniyyatların üzərinə düzgün şəkildə yerləşdirin.

  10. Krem şanti ilə bəzəyib servis edin.



Nuş olsun!


İki rəngli rəvani  çox sevilən şirniyyatdır.



Iki rəngli rəvani

11 Haziran 2016 Cumartesi

Hazır paxlava yuxası ilə dolma

Ərzaqlar


  • 1 kg.hazır paxlava yuxası

     


  • 400 gr. Qoz

     


  • 100 gr kərəyağı

     


  • 1 su stəkanı duru yağ

     


  • 3.5 su stəkanı su

     


  • 4 su stəkanı şəkər

     


  • Limon suyu


Hazırlanması


  1. Mən iki çeşid şirniyyat hazırladım.

  2. Bir dolma şirniyyatı , ikincisi isə burma paxlava.

  3. Dolma şirniyyatına təxmini 6-8 qat yuxanın baş tərəfinə qozları sərək və rulon edək. 3 sm enində dilimlərə kəsərək boşqaba düzün.

     


  4. Burma paxlavası isə tək yuxaya qoz səpib oxlov ilə bükərək büzür.

     


  5. Üzərinə əridilmiş kərəyağını və duru yağını töküb 200 dərəcəlik sobada qızarana qədər bişirin.

     


  6. Biri isti, biri soyuq olacaq şəkildə şərbətini tökək.

     


  7. 2 saat sonra şirniyyatımız servisə hazırdır.



Nuş olsun!


Hazır paxlava yuxası çətin hazırlanan şirniyyat növüdür.



Hazır paxlava yuxası ilə dolma

10 Haziran 2016 Cuma

Ərikli keks

Ərzaqlar


  • 220 qram Un

  • 1 ədəd yumurtanın Sarısı

  • 100 qram Şəkər

  • 1 ədəd Limon

  • 75 qram Marqarin ya da kərə Yağı

  • 250 qram Doğranmış ərik

     


  • Marmalad

  • Yarım Çay stəkanı Süd

  • Az Miqdarda duz


Hazırlanması


  1. Bir qabın içərisinə unu ələyin və ortasını açın.

  2. Xəmirin içərisinə şəkər, yumurta sarısı, yarım limonun rəndələnmiş qabığı, yağ, süd və duzu əlavə edib yoğurun.

  3. Xəmir yumşaq olana qədər yoğurun.

  4. Xəmirin bir hissəsini götürüb soyuducuya qoyun və donmasını gözləyin.

  5. qalan xəmiri isə soyuducuya qoyun. Xəmirin bir saat soyuducuda qalması vacibdir.

     


  6. Marmaladı ya da doğradığınız ərikləri bir qazanın içərisinə qoyun.

  7. Üzərinə bir miqdar su əlavə edərək qarışdırın və bişirməyə başlayın.

  8. Qazı söndürün və soyumağa qoyun.

  9. Soyuducuya qoyduğunuz xəmiri götürün və oxlov ilə açın, qəlibə bu xəmiri yayın.

  10. Hazırlayıb soyutduğumuz marmalatı xəmirin üzərinə boşaldın.

  11. Ayırdığınız digər xəmiri götürüb marmalatın üzərinə rəndələyin.

     


  12. Sobanı  170 dərəcəyə qoyub isinməsini gözləyin.

  13. Hazırladığınız ərikli turtanı isinən sobaya yerləşdirin.

  14. Üzəri qızarana qədər bişirməyə davam edin.

  15. Bişdikdən sonra sobadan çıxarın və soyumasını gözləyin.

  16. Ayırdığınız xəmiri istəsəniz turtanın üzərini bəzəmək üçün də istifadə edə bilərsiniz.

  17. Ərikli turtanızın bəzənməsi də bitdikdən sonra servis edə bilərsiniz.




Ərikli keks

9 Haziran 2016 Perşembe

Dondurma qızartması

Ərzaqlar


  • Istəyə bağlı olaraq çiyələkli, kakaolu və ya vanilli bir top dondurma

     


  • Bir miqdar un

     


  • Qızartmaq üçün bol duru yağ

     


  • Şokolad sousu

     


  • Vanil sousu

     


  • Qaymaq


Hazırlanması


  1. Top dondurmanı hər tərəfinə yayılacaq şəkildə una bulayın.

  2. Daha sonra üç saat soyuducuda dondurun çoxlu duru yağı qazana qoyub yaxşıca qızdırın.

  3. Yaxşı qızan yağa soyuducudan çıxardığımız dondurma toplarını yavaşca qoyuruq.

  4. Nar kimi qızarması üçün bir dəqiqə bəs edəcəkdir.

  5. Ətrafı qızaranda servis boşqabına qoyub, ətrafına və biraz da üzərinə əlinizdə hansı sos varsa, onu tökün.qaymaqla bərabər isti olaraq servis edin.



Nuş olsun!


Dondurma qızartması şirniyyatı dondurma sevənlər üçün əla şansdır



Dondurma qızartması

8 Haziran 2016 Çarşamba

Çiyələkli ekler

Ərzaqlar


  • 175 gr. un 

  • 2 yemək qaşığı şəkər tozu 

  • 240 gr. su 

  • 120 gr. Otaq temperaturunda kərəyağı 

  • 1 çimdik duz 

  • 5 ədəd yumurta 

  • Krem üçün: 

  • 500 gr. süd 

  • 1 yumurta sarısı 

  • 3 yemək qaşığı nişasta 

  • 2 yemək qaşığı un 

  • 8-10 yemək qaşığı şəkər toz 

  • 1 yemək qaşığı kərəyağı 

  • 2-3 ovuc çiyələk-pudra şəkəri


Hazırlanması


  1. Ekler xəmirini hazırlamaq üçün bir qazana suyu, kərəyağını, şəkər tozu və duzu tökün.

  2. Orta temperaturda qaza qoyub kərəyağı əriyənə qədər qarışdırın.

  3. Kərəyağ əriyəndə qarışımı qaynadın.

  4. Sonra qazdan götürün.

  5. Taxta qaşıqla qarışdıraraq unu əlavə edin.

  6. Bütün unu qarışıma yedirəndə təkrar qaza qoyun və yenə qarışdıraraq xəmir qazanın kənarlarından ayrılana və dibi təmiz qalana qədər qovurun. 

  7. Xəmirə yumurtaları əlavə edin.çalın.

  8. təqribən 10 dəqiqə yaxşı həll olması üçün çalmağa davam edin.

  9. Xəmiri soyuducuya qoyun və gözlədin.

  10. Soba qabına bişirmə kağızı qoyun.

  11. Xəmiri sıxma torbasıyla barmaq boyda, aralı qalmaq şərtiylə qaba sıxın.

  12. 170 dərəcədə isidilmiş sobada xəmir sərtləşənə qədər bişirin. 

  13. Krem üçün qazana unu, nişastanı, yumurta sarısını və toz şəkəri tökün.

  14. Südü əlavə edərək qarışdırın və qaza qoyun.

  15. Krem olana qədər qarışdıraraq bişirin.

  16. Qazdan götürəndən sonra kərəyağını əlavə edin.

  17. Çiyələkləri istədiyiniz formada kəsin.

  18. Üzərinə pudra şəkəri səpin və soyuducuya qoyub suyunu buraxmasını gözləyin.

  19. Ekler soyuyanda ortadan ikiyə kəsin.

  20. Alt hissəsinə krem sıxın.

  21. Bir neçə çiyələk qoyun və bağlayın.

  22. Üzərinə pudra şəkəri səpib servis edin.



Nuş olsun!


Çiyələkli ekler hazırlanılmasına çəkilən əziyyət dadına dəyər.


 


 



Çiyələkli ekler

7 Haziran 2016 Salı

Bülbül qonağı paxlavası

Ərzaqlar


  • 3 yumurta

     


  • 1 su stəkanı sulu qatıq

     


  • 1 su stəkanı duru yağ və ya zeytunyağı

     


  • Yarım su stəkanı su

     


  • Yarım paket qabartma tozu

     


  • 1 yemək qaşığı sirkə

     


  • 1 çay qaşığı duz

     


  • 800 qram paklavalıq un

     


  • İçi üçün;

     


  • Çəkilmiş qoz

     


  • Şərbəti üçün;

     


  • 5 su stəkanı su

     


  • 5 su stəkanı şəkər

     


  • Yarım limon

     


  • Açmaq üçün;

     


  • 2 su stəkanı un

     


  • 2 su stəkanı nişasta

     


  • İçi üçün;

     


  • fıstıq


Hazırlanması


  1. Xəmiri hazırlayıb, kiçik kiçik toplar hazırlayın nişasta və un qarışımı ilə oxlov vasitəsilə xəmiri açın.

  2. Daha sonra bıçaqla tam ortadan ikiyə xəmiri kəsin.

  3. Üzərinə qoz səpin.

  4. Daha sonra ilk parçayı oxlova dolayaraq bükün.

  5. Kənarlarından büzərək xəmiri çıxardın.

  6. Uc noqtələri birləşdirib yağlı qaba düzün.

  7. Hamısını belə edin.

  8. Forma verdikdən sonra 180 dərəcədə sobada üzəri qızarana qədər  bişirin.

  9. Paxlava soyuq, şərbət ilıqkən şirniyyatın şərbətini tökə bilərsiniz.

  10. 1 gecə gözlədin  ki şərbətini çəksin.

  11. Fıstıqla bəzəyib servis edin.



Nuş olsun!


Bülbül qonağı paxlavası çətin hazırlanan şirniyyatdır, lakin çox sevilir.


 



Bülbül qonağı paxlavası

6 Haziran 2016 Pazartesi

Balqabaqlı peçenyeli tort

Ərzaqlar


  • 1 paket peçenye

     


  • Yarım çay stəkanı su

     


  • 1,5 su stəkanı şəkər

     


  • 2 kq balqabaq

     


  • Kremi üçün:

     


  • Yarım su stəkanı şəkər

     


  • 1 paket vanil

     


  • 1 yemək qaşığı un

     


  • 1,5 su stəkanı su

     


  • Üzəri üçün:

     


  • Döyülmüş qoz


Hazırlanması


  1. Balqabağın qabığını soyun və dilimləyin, yuyun və bir qazanın içinə suyunu süzüb əlavə edin.

  2. Balqabaqların üzərinə də yarım su stəkanı suyu və şəkəri əlavə edib qazanı qaza qoyun.

  3. Qazanın qapağını bağlayın və balqabaqlar yumşalana qədər bişirin. yumşaldıqdan sonra çəngəl ilə əzin, püre halına gətirin.

  4. Peçenyeləri xırdalayın.

  5. Peçenye qırıntılarını balqabaq püresinə əlavə edib qarışdırın.tortun kremi üçün südü bir qazana töküb vanili, unu və şəkəri əlavə edin, qarışdıraraq bişirin.

  6. Krem bişib qabaranda soyuması üçün  qazanı götürün.

     


  7. Krem soyuduqdan sonra mikser ilə çırpıb tortu bəzəməyə keçirik.

  8. Keks qabına ilk öncə balqabaqlı peçenyeli qarışımın yarısını tökün, düzləşdirin və üzərinə kremi yayın.

  9. Yenə üzərinə qarışımın qalanını tökün.

  10. Üzərinə xırdalanmış qozu səpib soyuması üçün soyuducuya qoyun.

  11. Tortu 1 gecə saxladıqdan sonra servis edə bilərsiniz.



Nuş olsun!


Balqabaqlı peçenyeli tortun hazırlanması xüsusi diqqət və zaman tələb edir.


 



Balqabaqlı peçenyeli tort

4 Haziran 2016 Cumartesi

Vişnəli yalançı çörək şirniyyatı

Ərzaqlar


  • 500 qr. Dondurulmuş Vişnə

     


  • 1, 5 paket duzsuz qızardılmış çörək dilimi

     


  • 3 su stəkanı su

     


  • 2, 5 su stəkanı şəkər tozu

     


  • 1/2 paket krem şanti

     


  • 1/2 su stəkanı  süd

     


  • 1 ədəd banan


Hazırlanması


  1. Vişnənin çəyirdəklərini çıxarıb qazana qoyun, şəkər və suyu əlavə edib qaynamağa qoyun.

  2. 5 dəqiqəyə qədər qaynadın.

  3. Orta ölçüdə bir boşqaba çörək dilimlərini düzün.

  4. Üzərinə vişnəli sudan dənələriylə birgə isti ikən tökün.

  5. Üzərinə bir sıra yenə çörək düzün.

  6. Qalan şərbəti də üzərinə gəzdirin.

  7. Bananları dairə şəklində kəsib üzərinə əlavə edin.

  8. Krem şantini südlə çırpın və bananların üzərinə bəzəyin.

  9. 2 saat saxladıqdan sora servis edin.



Nuş olsun!


Vişnəli yalançı çörək asan hazırlanan şirniyyatdır.



Vişnəli yalançı çörək şirniyyatı

3 Haziran 2016 Cuma

Ürək şəkilli rus tortu

Ərzaqlar


  • Xəmir üçün;

     


  • 1 yumurta

     


  • 200 qram şəkər

     


  • 50 qram kakao

     


  • 400 qram un

     


  • 250 qram kərəyağ

     


  • 1 paket vanil

     


  • 1 paket qabartma tozu

     


  • içi üçün;

     


  • 5 yumurta

     


  • 750 qram labne pendiri

     


  • 375 qram şəkər

     


  • 375 qram kərəyağ

     


  • 2 paket vanil puding tozu

     


  • vanil aroması

     


  • üzəri üçün:

     


  • şokolad dilimləri

     


  • böyürtkən

     


  • çiyələk


Hazırlanması


  1. Yumurtaların ağını sarısından ayırırıq.

  2. Ağını mikserlə çırpıb qar kimi ağ köpük yaranan qədər davam edirik.

  3. Ayrı bir qapda yumurtanın sarılarını və qalan ərzaqları mikserlə çırpırıq, sonra bu ərzağa  ayrı qabda köpük yaratdığımız yumurta ağlarının əlavə edirik və taxta qaşıqla qarışdırırıq.

  4. Çırpmırıq ki köpüklər itməsin.

  5. Sonra qəlibimizi kərəyağı ilə yağlayıb xəmirimizin yarısını altına və kənarlarına yayırıq.

  6. Üzərinə iç üçün hazırladığımızı əlavə edirik və sonra qalan xəmirimizi ən üstə xırdalayıb tökürük.

  7. Əvvəlcədən 175 dərəcədə isidilmiş sobada 55 dəqiqə bişiririk.

  8. Sobadan çıxardıqdan sonra üzərini təbii meyvələrlə bəzəyirik.



Nuş olsun!


Ürək şəkilli rus tortu asan hazırlanan şirniyyatdır.


 



Ürək şəkilli rus tortu

2 Haziran 2016 Perşembe

Şokoladlı triliçe

Ərzaqlar


  • 5 ədəd yumurta

     


  • 1 su stəkanı qədər duruyağ

     


  • 1.5 su stəkanı qədər şəkər

     


  • 10 yemək qaşığı un

     


  • 5 yemək qaşığı irmik

     


  • 1 paket vanil və qabartma tozu

     


  • Şərbəti:

     


  • 6yemək qaşığı şəkər tozu

     


  • 5 su stəkanı soyuq süd

     


  • 2 paket krem(400 ml)

     


  • Üzəri üçün :

     


  • şokolad sousu


Hazırlanması


  1. Şokoladlı triliçe şirniyyatı üçün əvvəlcə keksimizi hazırlayaq.

  2. Yumurtaları dərin bir qaba qırdıqdan sonra, içinə şəkər əlavə edib mikserlə çalaq.

  3. Daha sonra duruyağı əlavə edək.

  4. İrmik, qabartma tozu, vanil və son olaraq un əlavə edərək qarışdıraq.

  5. Bu keks ərzaqlarını dördbucaq bir qaba tökərək öncədən isitdiyimiz 200 dərəcəlik sobaya qoyaq.

  6. Keks bişdikdən sonra soyumağa qoyaq.

  7. Bu arada şərbətini hazırlamaq üçün şəkər, soyuq süd və kremi dərin qaba qoyaraq 10 dəqiqəyə qədər mikserlə çırpaq.

  8. Keks soyuyanda şərbəti üzərinə tökək.

  9.  Sonra hazır şokolad sousunu üzərinə yayaraq hazırlayaq.

  10. Dilimləyərək servis edə bilərsiniz.



Nuş olsun!


Şokoladlı triliçe şirniyyatı şokoladla keksin biləşdiyi əla daddır.


 



Şokoladlı triliçe

1 Haziran 2016 Çarşamba

Şokolad dənəcikli muffin

Ərzaqlar


  • 3  yumurta 

  • 1 su stəkanı şəkər tozu 

  • 1 çay stəkanı süd 

  • 1 su stəkanı duru yağ 

  • 1 çay stəkanı qatıq 

  • 1 paket vanil 

  • 1 paket qabartma tozu 

  • 2, 5 su stəkanı un 

  • 1 su stəkanı damla şokolad


Hazırlanması


  1. Dərin bir qarışdırma qabına yumurta və şəkəri qoyub 3 dəqiqə qarışdırın.

  2. Süd, duru yağ və qatığı əlavə edib təkrar çırpın.

  3. Un, vanil və qabartma tozu əlavə edib son dəfə çırpın.

  4. Şokolad dənəciklərini də əlavə edib qaşıq köməyiylə qarışdırıb Silikon muffin qəliblərinə yarım olacaq şəkildə paylaşdırın.

  5. Qəliblərə tökdükdən sonra üzərilərinə şokolad dənəcikləri səpin.

  6. 180°c isidilmiş sobada 25 dəqiqə bişirin.

  7. Soyuduqdan sonra qəliblərdən çıxarıb servis edə bilərsiniz.



Nuş olsun!


Şokolad dənəcikli muffin şirniyyatı həm meyvə, həm də şirniyyat sevənlərin seçimidir.



Şokolad dənəcikli muffin