
Ərzaqlar
- 4 ədəd yumurta
- 2 ədəd qabartma tozu
- 1 ədəd vanil
- Yarım su stəkanı duru yağ
- 1,5 su stəkanı süd
- 1 su stəkanı şəkər tozu
- 2 su stəkanı un
- 2 yemək qaşığı kakao
- 5 adet banan
- Yarım kilo çiyələk
- 1 qutu toz krem şanti
- Muhallebisi üçün;
- 3 su stəkanı süd
- 3 yemək qaşığı un
- 3 yemək qaşığı şəkər tozu
- 1 ədəd vanil
- 1 yemək qaşığı marqarin
Hazırlanması
- 4 ədəd yumurtayı çırpırıq ( mikser köməyi ilə də edə bilərsiniz ) şəkər tozunu da əlavə edib köpüklənənə qədər qarışdırmağa davam edirik.
- Duru yağ və südü əlavə etdikdən sonra bütün ərzaqların qarışdığından əmin oluruq.
- Daha sonra un kakao vanili və qabartma tozunu əlavə edib ərzaqların bərabər şəkildə dağılıb qarışması üçün çalırıq.
- 180 dərəcədə isinmiş sobamıza yağladığımız dairəvi bir qaba keksi töküb bişirməyə qoyuruq.
- Keksimiz bişərkən krem şantiyi hazırlayıb soyuducuda soyumağa qoyuruq.
- Bir qazana marqarin və vanil istisna olmaqla bütün ərzaqları əlavə edirik aşağı temperaturda yavaş yavaş qarışdırırıq
- Hazır olduqdan sonra qazı söndürüb vanili və marqarini əlavə edib marqarin əriyənə qədər qarışdırmağa davam edirik
- Marqarin əridikdən sonra soyumağa qoyuruq ( muhallebinin üstündə sərtləşmiş təbəqə olmasının qarşısını almaq üçün üzərinə streç örtürük)
- Keksimiz yumşaq pandispanya keksi kimi olur soyuduqdan sonra ortasını kəsib götürürük.
- Bananları dilimləmədən keksin orta hissəsinə yerləşdiririk üzərinə dilimlədiyimiz çiyələkləri qoyuruq.
- Soyuyan muhallebini meyvələrin üzərinə bərabər şəkildə yayırıq.
- Muhallebinin üzərinə krem şantini tökürük.
- Keksin kənarlarını səliqəli şəkildə kəsərək ovuruq keksin hər yerinə səpirik.
Nuş olsun!
Köstəbək tort dadlı və tez hazırlanan şirniyyatdır.
Köstəbək tort
Hiç yorum yok:
Yorum Gönder