
Ərzaqlar
- 2 yumurta
- 1,5 qəhvə fincanı şəkər
- 1,5 qəhvə fincanı süd
- 1 qəhvə fincanı duru yağ
- 1 su stəkanı un
- 1,5 yemək qaşığı kakao
- yarım paket qabartma tozu
- Kremi üçün;
- 1 paket krem (200 ml)
- 1 paket toz krem şanti
- 2 yemək qaşığı süd
- 2-3 damcı limon suyu
Hazırlanması
- Əvvəlcə krem üçün bütün ərzaqları qarışdırın.
- Mikserlə çırpın.
- Tündləşəndə şkafa qoyun.
- Keks üçün yumurta və şəkəri çırpın.
- Kremi əmələ gələndə un istisna olmaqla bütün ərzaqları əlavə edərək ən son unu tökün.
- Yağlı kağız sərili kvadrat qaba xəmiri tökün. 180 dərəcədə bişirin.
- Bişirirkən ilk 10 dəqiqə sobanın qapağını bir neçə dəfə açın.
- Beləliklə keksin ortası qabarmayacaq, keksimiz düz olacaq.
- Təqribi 17 dəqiqə bişiririk.
- Sobadan çıxan keksin ilk istiliyi gedəndən sonra keksi yavaşca sıxın düzləşdirin.
- Keks soyuyanda ortadan 2-yə kəsin, istəsəniz dilimləyin.
- Keksin ortasına kremi qoyaraq yayın.
- Dilimləyərək soyuducuda 2-3 saat saxlayın.
Nuş olsun!
Süd dilimi asan hazırlanan şirniyyatdır.
Süd dilimi
Hiç yorum yok:
Yorum Gönder