10 Mayıs 2016 Salı

Bəzəkli köklü şirniyyatım

Ərzaqlar


  • 4 ədəd kök

     


  • 2, 5-3 paket peçenye

     


  • 6 yemək qaşığı şəkər tozu

     


  • 3 yemək qaşığı fıstıq

     


  • 1 paket vanil

     


  • Üzəri üçün;

     


  • Xırdalanmış kakaolu peçenye

     


  • krem şanti

     


  • Süd


Hazırlanması


  1. Əvvəlcə kökləri soyub yuduqdan sonra rəndələyib qazana şəkər tozuyla birlikdə atırıq.

  2. Köklər yumuşalana qədər ara ara qarışdıraraq bişirək və soyumağa  qoyaq.

  3. İçərisinə digər ərzaqları da qatıb yoğuraq.

  4. Əgər yumru formaya salanda çətinlik çəksəniz daha çox peçenye əlavə edə bilərsiniz.

  5. Soyuducuda biraz saxladıqdan sonra qoz böyüklüyündə toplar şəklində götürüb peçenye qırıntısında buladıqdan sonra servis boşqabına düzək.

  6. Krem şantini də üzərindəki reseptə görə hazırlayıb şirniyyatımızın üzərinə sıxma torbasıyla sıxaq.



Nuş olsun!


Bəzəkli köklü şirniyyatım asan hazırlanan şirniyyatdır.



Bəzəkli köklü şirniyyatım

Hiç yorum yok:

Yorum Gönder