
Ərzaqlar
- 2 paket kakaolu puding
- Süd (pudinglərin arxasında yazan miqdar qədər)
- 1 yemək qaşığı marqarin
- 1 paket vanil
- 3 paket peçenye
Hazırlanması
- Pudinqləri və arxasında yazan miqdar qədər südü qazana tökürük.
- Bişirməyə başlayırıq.
- Tündlşməyə başlayanda marqarini əlavə edirik.
- Göz göz olduqdan sonra qazdan götürüb vanili əlavə edirik.
- 5 dəqiqə qədər qarışdırıb soyumasını gözləyirik.
- Daha sonra bir boşqaba bir su stəkanı süd töküb peçenyeləri tək tək batırıb dördbucaq boşqaba düzürük.
- İlk sıranı düzdükdən sonra 3 yemək qaşığı pudinqi üzərinə töküb yayırıq.
- Eyni formada 2-ci sıra peçenyeləri düzüb 3 yemək qaşığı pudinq töküb yayırıq.
- 3-cü sıra peçenyeləri düzüb qalan pudinqi əlavə edirik və üzərini fıstıqla üzerini bəzəyirik.
- Soyuduqdan sonra soyuducuya qoyub 1 saat gözləyirik.
Nuş olsun!
Pufuduk tort asan hazırlanan və çox yüngül şirniyyatdır.
Pufuduk tort
Hiç yorum yok:
Yorum Gönder