
Ərzaqlar
- Ispanaqlı pandispanya üçün;
- 2 yumurta
- 1 çay stəkanı şəkər
- 2 yemək qaşığı ıspanaq suyu
- 1 çay stəkanı + 1 yemək qaşığı un
- Yarım çay qaşığı qabartma tozu
- kakaolu pandispanya
- 2 yumurta
- 1 çay stəkanı şəkər
- 1 yemək qaşığı kakao
- 1 çay stəkanından biraz az un
- Yarım çay qaşığı qabartma tozu
- Kremi üçün;
- 1 yumurta sarısı
- 3 su stəkanı süd
- 2 yemək qaşığı nişasta
- 1, 5 yemək qaşığı un
- 3 yemək qaşığı hindistan qozu
- 1 vanil
- 1 yemək qaşığı kərəyağ
- 4 yemək qaşığı şəkər
- Arasına banan
Hazırlanması
- Əvvəlcə kremi hazırlayaq.
- Vanil, kərəyağ istisna olmaqla qalan ərzaqları çırpıb qaza qoyaq tündləşənə qədər qarışdıraraq bişirək.
- bişdikdən sonra qazın altını söndürüb kərəyağ ilə vanil əlavə edib qarışdırın.
- Pandispanya üçün böyük dördbucaq qabın içinə yağlı kağızı səririk.
- əvvəlcə şəkər, yumurta ağarana qədər çırpıb digər ərzaqları əlavə edib qaşıqla qarışdırıb qaba tökək.
- əvvəlcədən isidilmiş 200 dərəcəli sobada 10 dəqiqə bişirək.
- 10 dəqiqəni keçməsin. 10 dəqiqədən sonra sobadan götürüb nəm parçanın üzərinə qoyaq pandispanyanı soyuyanda uzun şəkildə kəsək.
- Alüminium folqa üzərində bu uzun xəmirlərdən qəfəs hörək.
- Üzərinə kremi yayıb banan qoyub rulo şəklində bükək.
Nuş olsun!
Qəfəs tortunun hazırlanması biraz zaman alsa da, çox ləzzətli şirrniyyatdır.
Qəfəs tortu
Hiç yorum yok:
Yorum Gönder