
Ərzaqlar
- 2 yumurta
- 1 yemək qaşığı qatıq
- 1 su stəkanı duru yağ
- 1 paket qabartma tozu
- 5 yemək qaşığı şəkər
- Aldığı qədər un
- Iç ərzaqları;
- 5 alma
- 1 su stəkanı şəkər
- 1 çay qaşığı darçın
- Yarım su stəkanı döyülmüş qoz
Hazırlanması
- Almaların qabığını soyaq. Rəndələyək.
- Bir stəkan şəkər tökək.
- Tavada bişirək.
- Sulanıb suyu yox olana qədər ən son darçın, qoz atıb qarışdıraq.
- Soyumasını gözləyək.
- Xəmirinə bütün ərzaqları qarışdıraq.
- Xəmirin yarısından çoxunu az yağlanmış dairəvi soba qabına tökək.
- Üzərinə iç üçün hazırladığımız qarışımı tökək.
- 180 dərəcə isdilmiş sobada bişirək.
- Digər xəmiri də soyuducuya qoyaq.
- Qızaranda kənarlarından bilinir.
- Soyuducudakı xəmiri uzun uzun doğrayıb şəkildəki kimi üzərinə düzək.yenə sobaya qoyaq.
- Üzəri qızarana qədər bişirək.
Nuş olsun!
Almalı turta tez hazırlanan və sevilən şirniyyatdır.
Almalı turta
Hiç yorum yok:
Yorum Gönder