
Ərzaqlar
- 400 gr peçenye
- 130 gr (1/2 su stəkanı + 1 yemek qaşığı) ərimiş kərəyağ
- 540 gr (1 su stəkanı + 1/4 su stəkanı) labne pendiri (otaq temperaturunda)
- 150 gr (3/4 su stəkanı) şəkər tozu
- 3 ədəd yumurta
- 200 ml (1 kiçik qutu) krem (otaq temperaturunda)
- 1 yemək qaşığı vanil
- 1 limonun rəndələnmiş qabığı və suyu
- 4 yumurta ağı (otaq temperaturunda)
- 120 gr (1/2 su stəkanı + 1 yemək qaşığı) şəkər tozu
Hazırlanması
- Sobanızı 160 dərəcədə isitməyə başlayın.Qəlibin yanlarını və dibini biraz duru yağlayın və dibinə dairəvi kəsdiyiniz yağlı kağızı yapışdırın.
- Peçenyeləri toz halına gələnə qədər xırdalayın.
- Bir qaba peçenyeləri qoyub içinə ərimiş kərəyağını qoyun qarışdırın ərzaqları peçenyelərə yedirin.
- Qəlibimizə tökün və kənarlarına və dibinə bərabər şəkildə qaşıq ilə və ya əlinizlə yayın.
- Labne pendirini mikserle çırptıqdan sonra yavaş yavaş əvvəlcə yumurtaları, sonra kremi, limon suyu və qabıqları, krem, vanil və şəkər tozunu əlavə edin. Sadəcə qarışana qədər çırpın.
- Peçenyenin üzərinə bu qarışımı tökün.
- Yumurta ağlarını bir qabda köpük olana qədər çırpın. Şəkər tozunu əlavə edərək bir yandan çırpmağa davam edin.Yumurta ağı qabaranadək çırpın, qəlibimizin üzərinə tökün və qaşıqla kənarlarına daşırmadan yayın.
- Sobada 1 saat bişirin. Sonra sobanı söndürün və soba qapağının arasına 1 taxta qaşıq qoyun və cheesecake tamam soyuyana qədər sobada saxlayın
- Soğuduqdan sonra soyuducuya qoyun və sonra servis edə bilərsiniz.
Nuş olsun!
Limonlu bize cheesecake asan hazırlanan şirniyyatdır.
Limonlu bize cheesecake
Hiç yorum yok:
Yorum Gönder