
Ərzaqlar
- Yarım su stəkanı qatıq
- 1 yumurta
- 1 paket qabartma tozu
- 1 yemək qaşığı duru yağ
- 1 çimdik duz
- Aldığı qədər un(2-3 su stəkanı)
- Şərbəti üçün:
- 2 su stəkanı şəkər
- 2 su stəkanı su
- 1 yemək qaşığı limon suyu
- Qızartmaq üçün:
- Duru yağ
- Üzəri üçün:
- Toz fıstıq
Hazırlanması
- İlk öncə şirniyyatın şərbətini hazırlamaq üçün su və şəkəri qaynadaq qaynamağa başlayanda 10-15 dəqiqə daha qaynadaq bu arada limon suyunu əlavə etməyi unutmayaq.
- Xəmiri üçün qatıq, yumurta, duru yağ, qabartma tozu və duz töküb qarışdıraq.
- Unu yavaş yavaş əlavə edib yumşaq ələ yapışmayan xəmir edək.
- Xəmiri nazikləşdirərək yayaq.
- Nə çox nazik, nə də çox qalın olmasın.
- İstədiyiniz qəlibdə formalarla kəsib isti yağda qızardaq.
- Xəmiri qızartdıqca şərbətə ataq.
- Qarışdıraraq 1-2dəqiqə gözlədək.
- Şərbəti yaxşı çəkəndən sora fıstıqla bəzəyib servis edək.
- Şirniyyatı soyuduqdan sonra yeyin.
Nuş olsun!
Çiçək mafiş asan hazırlanan şirniyyatdır.
Çiçək mafiş
Hiç yorum yok:
Yorum Gönder