
Ərzaqlar
- 500-600 qr. çiyələk
- 2 ədəd banan
- 1/2 paket çiyələkli jele
- 12 ədəd peçenye
- 1 ədəd yumurta sarısı
- 2 yemək qaşığı un
- 2 yemək qaşığı nişasta
- 3/4 su stəkanı şəkər tozu
- 1 litr süd
- 1 paket vanil
- 2 yemək qaşığı marqarin
- 1 qutu labne pendir (200 gr.)
Hazırlanması
- 1.5 stəkan süd peçenye üçün ayrılır.
- Qalanı yumurta sarısı, nişasta, un və şəkər qarışdırılaraq bişirilir.
- Qazdan götürdükdən sonra vanil və marqarin əlavə edilərək mikser köməyi ilə 5 dəqiqə çırpılır.
- Biraz soyuduqdan sonra labne pendir əlavə olunur və 5 dəqiqə çırpılır.
- Dərin və şəffaf bir kasanın kənarlarına çiyələklər incə dilimlər halında qoyulur.
- Dibinə 2 qaşıq krem yayılır.
- 1.5 stəkan süd 2 qaşıq şəkər ilə qarışdırılır və peçenyelər bu qarışıma batırılaraq kremin üzərinə sıralanır.
- Üzərinə 4 qaşıq krem yayılır və incə dilimlənmiş çiyələklər düzülür.
- Çiyələklərin üzərinə kremlər yayılır.
- Kremdən sonra ən üstə banan və çiyələk düzülür.
- Kasaların ən üstü 1-2sm jele üçün boş buraxılır.
- Hazırlanan jele meyvələrin üzərinə tökülür.
- Soyuducuda 7 saat gözlədilir.
- Sonra servis edilir.
Nuş olsun!
Çiyələkli trifle çox insan tərəfindən sevilən meyvəli şirniyyatdır.
Çiyələkli trifle
Hiç yorum yok:
Yorum Gönder