
Ərzaqlar
- 2 ədəd yumurta
- 1 su stəkanından 1 barmaq az duru yağ
- 1 su stəkanı qatıq
- 1 yemək qaşığı sirkə
- Yarım yemək qaşığı qabartma tozu
- 4 su stəkan un
- Yarım çay qaşığı duz
- Şərbəti
- 2.5 su stəkan su,
- 3 su stəkanı şəkər
- 1çimdik duz
- Bir neçə damcı limon suyu
- Üzəri üçün:
- 1 su stəkanı duru yağ
- Yarım paket marqarin və ya kərəyağ
- İçinə qoymaq üçün
- fıstıq
- xəmiri açmaq üçün:
- Nişasta
Hazırlanması
- Xəmir ərzaqları ilə yumşaq xəmir yoğurun.
- Ununu az az tökün, az gəlsə əlavə edin.
- Yumurta böyüklüyündə kündələr edin.
- 15, 20 dəqiqə saxlayın.
- Nişasta səpərək aça bildiyiniz qədər açın. Nazik olsun.
- Açılan xəmiri üstəgəl şəklində 4 yerə bölün.
- Hər parçanı sivri ucundan geniş tərəfinə doğru büzərək qatlayın.
- Kənarlarda qalan iki uc hissəni birləşdirin.
- Büzülən hissəyə fıstıq qoyub aşağıda qalan hissəni üzərinə örtün, tərs çevirib sobaya yerləşdirin.
- İlıq yağı üzərinə tökün 170 – 180 dərəcədə sobada qızarana qədər bişirin.
- Paxlava soyuq, şərbəti ilıq olsun.
Nuş olsun!
Büzmə paxlava asan hazırlanan şirniyyatdır
Büzmə paxlava
Hiç yorum yok:
Yorum Gönder