
Ərzaqlar
- 1, 5 paket peçenye
- 75 gr kərəyağı
- 2 yemək qaşığı süd
- Dolqusu üçün:
- 3 yumurta
- 1 su stəkanı şəkər
- 1 su stəkanı krem
- 400 qr labne pendiri
- Sosu üçün:
- Böyürtkən sosu
Hazırlanması
- Peçenyeləri xırdalayaraq toz halına salırıq.qarışdırma qabına qoyuruq.
- Üzərinə südü də əlavə edirik.Kərəyağını əridirik və peçenyelərin üzərinə tökərək qarışdırırıq.
- Bu qarışımı da tökürük basıb sıxırıq.
- Dolqusu üçün, yumurtaları qarışdırma qabına qırırıq.
- Şəkəri tökürük və çırpma qaşığı ilə qarışdırırıq.
- Kremi, labne pendirini qoyuruq.Qarışdırmağa davam edirik.
- Peçenyenin üzərinə dolqunu tökürük.əvvəlcədən isidilmiş 180 dərəcəlik sobaya qoyuruq.
- Cheesecake şişəndə dərəcəni 160-a salırıq.
- Cheesecake bişəndə sobanı söndürürük və sobanın içində qapağı qapalı şəkildə soyumağa qoyuruq.
- Soyuyanda sobadan götürüb mümkünsə 1 gecə şkafda gözlədib sosu töküb servis edirik.
Nuş olsun!
Böyürtkənli cheesecake asan hazırlanan şirniyyatdır.
Böyürtkənli cheesecake
Hiç yorum yok:
Yorum Gönder