
Ərzaqlar
- 250 qram kərə yağ ya da marqarin
- 1 yumurta
- 1.5 su stəkanı pudra şəkəri
- 2 su stəkanı qarğıdalı nişastası
- Aldığı qədər un
- 1 paket qabartma tozu(olmasa da olar)
- 1 paket vanil
- 2 yemək qaşığı kakao
Hazırlanması
- Otaq temperaturunda bütün ərzaqlar yoğurulur.
- Yumşaq bir xəmir əldə edilir.
- Xəmirin yarısı ayrılır, kakao əlavə olunur, yoğurulur.
- Kakaolu və sadə xəmirdən qoz böyüklüyündə hissələr qoparılır, nazik uzun şəkilə salınır.
- Birbirinə dolanır.
- Daha sonra içə doğru gül kimi burulur.
- 170 dərəcədə üzəri yüngül çəhrayı olana qədər bişirilir.
Nuş olsun!
Külək gülü peçenye asan hazırlanan şirniyyatdır.
Külək gülü peçenyesi
Hiç yorum yok:
Yorum Gönder