30 Nisan 2016 Cumartesi

Köklü rulon keks

Ərzaqlar


  • 3 yumurta

  • 3 fincan şəkər tozu

  • 1 fincan süd

  • 4 fincan un

  • 1 paket qabartma tozu 

  • Içi üçün:

  • 4 ədəd kök

  • 1 stəkan üzüm

  • 1 fincan şəkər tozu

  • 1 yemək qaşığı darçın

  • 1 yemək qaşığı fıstıq


Hazırlanması


  1. Kökü rəndələyib şəkər və üzümü də əlavə edib yaxşıva bişiririk.

  2. Darçın əlavə edib altını söndürək.

  3. Böyük dördbucaq soba qabına yağlı kağız sərib təkrar yağlayaq.

  4. Mən kərəyağı istifadə etdim.

  5. Sonra bişən məhsulu qabın hər tərəfinə yayırıq.

  6. Üzərinə fıstıq səpib keksimizi hazırlayırıq.

  7. Keks üçün yumurta və şəkər tozunu qarışdırıb südü əlavə edib, un və qabartma tozunu ələyərək qarışdırırıq və köklü qarışığı üzərinə hər yerinə çatacaq şəkildə yayırıq.

  8. 180 dərəcəlik sobada kürdanla yoxlayaraq bişiririk.

  9. Bişən keksi ilk istiliyi ilə rulon edib soyuyanda yağlı kağızdan ayırıb təkrar rulon edirik. Servis edirik



Nuş olsun!


Köklü rulon keks dadından doyum olmayan şirniyyatdır.



Köklü rulon keks

Hiç yorum yok:

Yorum Gönder